İdman

"Kamran Ağayev “Boavişta”da qala bilmədiyini, atası üçün darıxdığını deyirsə, gənc futbolçulara nə deyəsən?"- TOPÇU

Avropada oynamaq istəyən azərbaycanlı futbolçu öncə mental problemlərdən qurtulmalı, qarşısına ciddi məqsədlər qoymalıdı. Bu gün Kamran Ağayev kimi təcrübəli, yaşı 30-u haqlamış qapıçı “Boavişta”da qala bilmədiyini, atası üçün darıxdığını dilə gətirirsə, gənc futbolçulara nə deyəsən?
Devalvasiya futbolumuzdan da yan keçməyib. Hazırda nəinki ortabab, “Qarabağ”, “Qəbələ” kimi çempionluğa oynayan iddialıların da transferlərə böyük məbləğlər xərcləməməsi faktdı. Odur ki, yanvarda klublarımızdan səs-küylü transferlər gözləməyə dəyməz. Amma müəyyən keçidlərin reallaşması, bir neçə “ikinci növ məhsul”un premyer-liqaya gəlməsi mümkündü. Məsələn, “Qəbələ” özündən bir xal öndə olan “Qarabağ”ı qabaqlayaraq mayda çempionluğu bayram etmək üçün bu qış iki legioner futbolçuyla güclənməyi qarşısına məqsəd qoyub.

Mövzuyla əlaqəli məqalələr