İdman

“Avroliqa”-dan sonra futbolçuların psixoloji yorğunluğu, hava şəraiti öz təsirini göstərdi" - TOPÇU

Kanal 13 ekranlarında yayımlanan “Topçu” verlişinin bu dəfəki qonaqları Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov və Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov oldu.

Tahir Süleymanov : “ Son turda “Qarabağ”-ın xal itirməsinə təbbi baxıram , çünki , “Avroliqa”-da oynayandan sonra və əsasən də futbolçuların psixoloji yorğunluğu həmçinin hava şəraiti bu oyuna öz təsirini göstərdi. Təəssüf ki, qış fasiləsinə qədər çempionatda rəqabət o qədər zəifdir ki, Avropaya yeganə bir vəsiqə qalıb, 4-cü yer uğrunda onu da qazanmaq şansı çox azdır. Bu turun ən önəmli məğlubiyyəti kimi “Azal”-la “Neftçi”-nin oyununda “Neftçi”-nin məğlubiyyətini görürəm. Təəssüf ki, “Neftçi” sıralamada üzüaşağı getməkdə davam edir. Yəqin ki, onlar turnir cədvəlinə baş-ayaq baxırlar.

Elçin Cəlilov : “Çempionluq uğrunda çempionatın əsas favoritləri “Qarabağ”, “İnter” , “Qəbələ” arasında mübarizə gedəcək.

Azərbaycan futbolunun maliyyəsi çox azalıb buna görə də bəzi planlar yerinə yetmir, gözlənilən futbolçular alına bilmir . Bunu “Kəpəz”-in baş məşqçisi Şahin Diniyev də bildirdi. Buna görə də heyət digər komandalara nisbətən zəifləməyə doğru getdi.

Tahir Süleymanov : “ “ Qəbələ” qış fasiləsinə “Qarabağ”-dan 3-5 xal öndə çıxmalıydı.

Azərbaycanın böyük şəhərlərindən olan Gəncənin “Kəpəz” komandasında yerli futbolçular 1 ya 2 nəfərdir. Bu ümumi futbolun bəlasıdır. Bu tək klubların problemi deyil. Milyonlar sağa-sola xərclənilir, ilk olaraq uşaq futboluna nəzarət və maliyyə ayrılmalıdır. Çünki futbolun bünövrəsi məhz uşaq futboludur.

Elçin Cəlilov : “ Hər dəfə hakimi qınamaq mənə görə düzgün bir addım deyil. Çünki hakim özbaşına deyil ki, açıq-aşkar hansısa komandanın lehinə və ya əlehinə qərar versin.

Azərbaycan futbolu artıq bu ildən Avropa üçün düşünməməlidir. Çünki klubların əvvəlki kimi maliyyəsi yoxdur, klublar artıq uşaq futboluna önəm verməlidilər.

Təkcə Liperdə verilən maaşla neçə-neçə uşaq futbolunu inkişaf etdirmək olar. Liperd Azərbaycan futboluna heç bir yenilik bəxş etməyib.

Tahir Süleymanov : “ Uşaq futboluna 10 ildə milyonlar xərclənilib. Azərbaycan futbolunu idarə edənlər hamısı, bir-biri ilə qohum,tanışdır.

“Neftçi” dövlət tərəfindən maliyyələşir, ona görə də “Neftçi”-nin hesabatını heç kimin verməməsi futbola biganəlikdir. “Neftçi”-nin adından başqa heçnəyi qalmayıb. “Neftçi”-nin maliyyəsi azalmayıb. Bu günkü gündə “Neftçi”-nin 5 milyon dollara yaxın büdcəsi var , ona görə də bu komanda zəifləməsini maliyyə ilə əsaslandıra bilməz!”.

Mövzuyla əlaqəli məqalələr