İdman

"Gələn ilə qalan arzular və yaxud atalar dörddən deyib" - Topçu

“Qarabağ” Avroliqanın qrupundan çıxmaq şanslarını son turadək qorusa da, “Fiorentina”nı Bakıda məğlub etmək arzusu həyata keçmədi. Florensiya təmsilçisinə 1:2 hesabıyla uduzan Ağdam təmsilçisinin Maksim Medvedev və Miçel Madera kimi vacib oyunçuların yoxluğunda ortaya qoyulan mübarizə isə müəyyən təsəlli sayıldı.
Ardıcıl ikinci dəfə AL-in qrupunda oynayan “Qəbələ”nin Almaniyada da xal qazana bilməməsi isə gözlənilən sonluğun gəlməsidir. Təbii, Roman Qriqorçukun yetirmələrinin çətin qrupdan çıxacağına ümid edən yox idi. Amma “qırmızı-qaralar”ın bütün oyunları uduzması ciddi çatışmazlıqlardan xəbər verir.

Mövzuyla əlaqəli məqalələr