İdman

“Beşiktaş” azarkeşlərinə Kiyevdə hücum

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə Kiyev “Dinamo”sunun qonağı olacaq Türkiyənin “Beşiktaş” klubunun azarkeşləri Ukrayna paytaxtında xoşagəlməz halla üzləşib.

 İstanbul klubunun tərəfdarlarına “Dinamo” azarkeşləri tərəfindən Kiyevdə bir kafedə hücum edilib. 

Tərəflər arasında dava olub. Paytaxt polisi məsələyə qarışıb və türk azarkeşlərə şəhərdə tək gəzməmələrini bildirib.

Mövzuyla əlaqəli məqalələr