İdman

"Qara cümə axşamı, yarıtmaz AFFA və oyun alverçiləri"

“Qara cümə axşamı, yarıtmaz AFFA və oyun alverçiləri”
“Slovan”ın baş məşqçisi Qurban Qurbanovun komandasını oyun başlamamış zərərsizləşdirmişdi. Qarşı tərəf “Qarabağ”ın necə oynayacağını bilirdi. Çexlər azarkeşləri önündə verdiyi sözü tutdu və haqq etdiyi qələbəni qazandı. “Qəbələ” – “Anderlext” oyununu isə cəzalı baş məşqçi – Roman Qriqorçuk uduzdu. Ukraynalı müdaxilə məqamında seyirçi mövqeyi tutmamalıydı. Arif Daşdəmirov Çexiyadakı matçda ən zəif bənd idisə, “Qəbələ”ni Rəşad Eyubov basdırdı...
AFFA-nın oyun alverçiləriylə bağlı apardığı araşdırmalar da, ortaya çıxarılan adlar da formaldı. 22 futbolçu bir inzibatçı və hakim? Təbii ki, bu adamlar necə deyərlər, xırda balıqlardır. “Akulalar”ı tapmalı, cəzalandırmalıdırlar. Assosiasiya məmurları UEFA işə qarışana qədər ölkə mətbuatında yazılanları izləsəydilər, iş bu həddə çatmazdı.

Mövzuyla əlaqəli məqalələr