İdman

"Qarabağ" üçün iki bəd xəbər

Avropa Liqasının V turunda "Slovan"a 0:3 hesabı ilə məğlub olaraq qrupdan çıxmaq şansını "Fiorentina"a ilə oyuna saxlayan "Qarabağ" ciddi itki ilə üzləşib.  İtaliya təmsilçisi ilə Bakıda keçiriləcək oyunda Maksim Medvedevlə Miçel Madera iştirak etməyəcək. Hər iki futbolçu ötən gecə Çexiya klubu ilə keçirilən oyunda sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşüb.


Bu isə o deməkdi ki, təmsilçimiz "Fiorentina" ilə oyunda müdafiənin mərkəzində problem yaşaya bilər. Belə ki, kapitan Rəşad Sadıqov zədəli olduğu üçün Qurban Qurbanov müdafiənin mərkəzini Bədavi Hüseynovla Maksim Medvedevə tapşırmışdı.

Mövzuyla əlaqəli məqalələr