GÜNDƏM

Blogger Mehman Hüseynovun şikayəti təmin edilmədi

Martın 28-də Səbail Rayon Məhkəməsində video-bloqqer Mehman Hüseynovun polis tərəfindən işgəncəyə məruz qalması barədə iddiası əsasında cinayət işinin başlaması tələbinin Bakı Şəhər Prokurorluğunun araşdırması nəticəsində rədd edilməsi ilə bağlı qərarından şikayətinə baxılıb.

Martın 28-də Səbail Rayon Məhkəməsində video-bloqqer Mehman Hüseynovun polis tərəfindən işgəncəyə məruz qalması barədə iddiası əsasında cinayət işinin başlaması tələbinin Bakı Şəhər Prokurorluğunun araşdırması nəticəsində rədd edilməsi ilə bağlı qərarından şikayətinə baxılıb.
Hakim Aytən Əliyevanın sədrlik etdiyi proses qapalı keçirilib. İclasda Mehman Hüseynovun iştirakı təmin edilib. Onun hüquqlarını vəkilləri Elçin Sadıqov və Fuad Ağayev müdafiə edib.
Vəkil Elçin Sadıqov jurnalistlərə bildirib ki, heç bir araşdırılma aparılmayıb: "Məhkəmə şikayəti heç bir əsas gətirmədən təmin etmədi. Tələsik qərar verdilər. Qərardan şikayət verəcəyik".
Xatırladaq ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, peşə fəaliyyətinə görə təzyiqə məruz qalıb və saxlanılarkən polislər ona işgəncə veriblər.
Bundan sonra isə Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.
Bu şikayətə əsasən, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Mövludun intihar görüntüsü - Fotolar

Xəbər verdiyimiz kimi, tanınmış gənc yazar Mövlud Mövlud (Mövlud Abdullayev) martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib