GÜNDƏM

"Çoxu mənə deyirdi ki, üzr istəyirik, Mehman, biz sənin kimi ola bilmədik"-Mehman Hüseynov azadlıqda

Mehman Hüseynov deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib: “Mən özümdən getmişəm. Birdə hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər” Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar.

Bloqqer məhkəməyə də toxunub.

“Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”

M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib. Nəsimi Rayon Məhkəməsi Mehman Hüseynovu sərbəst buraxıb.

Bunu azadlığa çıxan kimi Mehman Hüseynov deyib.

O qeyd edib ki, yanvarın 9-u axşam saatlarında saxlanarkən başına torba keçiriblər. Mehman Hüseynov qeyd edib ki, maşına mindirilərkən fiziki zorakılıqla üzləşib: “Mən 3 saat başımda torba, üzü aşağı saxladilar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”

Mövzuyla əlaqəli məqalələr

Tarix:

“Lider” TV-dən Lavrov qalmaqalı ilə bağlı

“Lider” telekanalı Rusiyanın Xarici işlər naziri Sergey Lavrova ünvanlandığı suala görə işdən azad edildiyi deyilən müxbiri Anar Həsənovla bağlı açıqlama verib.