GÜNDƏM

Səngəçalda qaz kəməri yenidən - 3-cü dəfə partladı: hələ ki yanğın söndürülməyib, hadisənin səbəbi bilinmir

Bu barədə məlumatları Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da təsdiq edib. Ancaq rəsmi qurumlar bu məlumatı, hələlik, təsdiqləməyiblər. Qəzanın Səngəçal qəsəbəsi ərazisindəki 125 atmosferlik qaz kəmərində meydana gəldiyi bildirilir. Hadisə 20-40 radələrində baş verib. Hadisənin hansı səbəbdən törədiyi bəlli deyil. Qaz kəmərində meydana gələn partlayışla bağlı yanğın, hələ söndürülməyib. Yanğın şüalarını uzaqdan müşahidə etmək mümkündür.

Dövlət Neft Şirkəti, eləcə də digər rəsmi qurumlar hələ ki, hadisə ilə bağlı hər hansı açıqlama verməyiblər. Bu artıq son 2 həftədə eyni yerdə baş verən üçüncü qəzadır.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Mövludun intihar görüntüsü - Fotolar

Xəbər verdiyimiz kimi, tanınmış gənc yazar Mövlud Mövlud (Mövlud Abdullayev) martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib