GÜNDƏM

"Mehmanı qanunsuz tutanlara demək istəyirəm ki, özünüzü quldur kimi aparmayın" - Emin Hüseynov

Yanvarın 9-da Sosial şəbəkələrdə məşhur azərbaycanlı blogger və hakimiyyətin davamlı tənqidçilərindən biri olan Mehman Hüseynovun oğurlandığı barədə məlumatlar yayıldı. Şahid ifadələrinə görə Mehman mülki geyimli şəxsələr tərəfindən Bakının mərkəzində zorla maşına mindirilərək naməlum istiqamətə aparılıb. Yanvarın 10-da səhər saatlarında vəkil Elçin Sadıqovun verdiyi məlumata görə onu polisə müqavimət ittihamı ilə həbs edərək Nizami rayon məhkəməsinə gətiriblər. Sadıqov deyir ki, əgər o, irəli sürülən ittiham üzrə günahkar hesab edilsə Mehmanı 30 günlük həbs gözləyir. 
Məhkəmənin qarşısında olan əməkdaşımız Teymur Kərimli məlumat verir ki, məhkəmə səhər başlamalı olsa da hələ ki təxirə salınıb. Qeyd edək ki, Mehman Hüseynov son aylarda millət vəkillərinə və dövlət məmurlarına aid vilların görüntülərini çəkərək sosial şəbəkələrdə yaymaq və hökümətdəki korrupsiyanı daha da sərt tənqid etməklə məşğul idi.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

“Lider” TV-dən Lavrov qalmaqalı ilə bağlı

“Lider” telekanalı Rusiyanın Xarici işlər naziri Sergey Lavrova ünvanlandığı suala görə işdən azad edildiyi deyilən müxbiri Anar Həsənovla bağlı açıqlama verib.