GÜNDƏM

İstanbulda daha bir terror - Atatürk Hava Limanı partladıldı

İstanbulun Atatürk hava limanında törədilmiş intiharçı partlayışları zamanı azı 50 nəfər həlak olub

Türkiyə mediası polis mənbələrinə istinadla partlayışların İŞİD-lə bağlı ola biləcəyini bildirib.

***

İstanbulda Atatürk hava limanına silahlı və bombalı basqın nəticəsində azı 10 nəfər həlak olub və çox sayda insan yaralanıb.

Azı 20 nəfərin xəstəxanalara aparıldığı bildirlir.

İlkin xəbərlərə görə polis şübhəliləri girişdə dayandırmağa çalışıb.

Buna görə də bomba partlayışlarının hava limanının girişində baş verdiyi bildirilir.

Türkiyə mediası son vaxtlar baş verən bomba hücumlarını PKK təşkilatı ilə bağlayır.

Bundan başqa xəbər verilir ki, basqında iki intiharçı iştirak edib.

Dünya xəbər agentliklərinin məlumatına görə burada söhbət yaxşı planlaşdırılmış hücumdan gedir.

Atatürk hava limanının bütün girişlərində rentgen aparatları qoyulubsa da, maşınların yoxlanması o qədər də intensiv deyil.

Türk Hava Yolları şirkəti bildirib ki, aeroportdan bütün uçuşlar dayandırılıb.

Ədliyyə naziri Bekir Bozdağ deyib ki, onda olan operativ məlumata görə intiharçılar əvvəlcə Kalaşnikov avtomatlarından atəş açıblar, sonra isə bombaları partladıblar.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Mövludun intihar görüntüsü - Fotolar

Xəbər verdiyimiz kimi, tanınmış gənc yazar Mövlud Mövlud (Mövlud Abdullayev) martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib