Əyləncə

Azərbaycanın ən qalmaqallı verilişi bağlandı

ARB TV-də yayımlanan “Ferma” realiti şousu birdəfəlik bağlanıb.

Bu barədə verilişinin aparıcısı Yeganə Cansail məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın tək realiti şousu yayımını dayandırıb:

““Ferma” bağlandı. Bilirəm, sevinənlər çoxdur. Gözlərinin içinə baxanda hiss edirəm. Amma ilk uzunmüddətli aparıcısı olduğumu veriliş idi. 3 il əvvəl... Bu qədər tamaşaçı topladıq, bu qədər sevgi...Sizin gözlərinizin içindəki o paxıllıq dolu sevinc bizim tamaşaçıların ürəyinə qurban olsun”.

Xatırladaq ki, qalmaqallı verilişdə iştirakçılar arasında böyük mübahisələr baş vermiş, “Ferma” MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.

 

Azərbaycanın ən qalmaqallı verilişi bağlandı

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Şəkil çəkdirmək üçün 73-cü mərtəbədən sallandı

Dubayda 73 mərtəbəli bir göydələnin başında təhlükəsizlik tədbiri olmadan sallanan və sosial şəbəkədə paylaşdığı bu görüntülərinə görə tənqid olunan rus model Viktoriya Odintsava məhkəməyə verilir.