Baxış bucağı

"Dövlət başçısı xalqa ağ yalan danışır, cibimizdən pulumuzu oğurlayırlar"-Müsavat başqanının müavini Tofiq Yaqublu

Bu günkü qonağımız Müsavat başqanının müavini Tofiq Yaqubludur. Biz onunla hökumətin verdiyi qəfləti bahalaşma qərarından, həmçinin müxalifətin buna reaksiyasından o cümlədən gözlənilən addımlardan danışacağıq.

“Biz bu hadisəni gözləyirdik və bizim müzakirələrə əsasən vəziyyət bundan daha da pisləşəcək. Çünki bu heç kim üçün sirr deyil. Azərbaycan xalqının rifahı üçün heç bir proqram lahiyyə yoxdur. Var olan proqram budur ki, hakim zümrənin mümkün qədər daha çox oğurlaması talan eləməsidir. Bu cür zehniyyətin xalqı xilas etmək , iqtisadiyyətı xilas etmək proqramı yoxdu. Mənə təəccüblənirəm ki, ölkə başçısı müşavirələrdə ölkənin rifah səviyyəsinin yaxşı olmasından, yeni iş yerlərdindən, analoqu olmayan inkişafdan danışdığı ağ yalanlara insanlar orda gülməkdən özlərini saxlaya bilirlər. İnkişafdan söz gedə bilməz. Lağa qoyduğumuz, kinayə etdiyimiz, nifrət bəslədiyimiz Ermənistandan geri qalmağa başlamışıq. Büdcə 3 dəfə ixtisara gedirsə hansı inkişafdan danışmaq olar. Azərbaycandankı bu vəziyyətin yeganə səbəbi var oda ki, karrupsiyadır.

Xalqımız passivdir. Bu vəziyyətdə xalq ayağa qalxmalı idi. Əvvəllərdə biz qazın artımı ilə Ukraina dairəsində mitinq etmişdik amma təəssüf ki, insanlar gəlməyib. Xalqın bu passivliyindən istifadə edən hakimiyyət həyasızcasın deyir ki, xalq heç nədən narazı deyil, diferensiyallaşma dedikləri bu fikirlə razıdılar. Dərhal qərar verməməyimizin səbəbi insanların adekvat reaksiyasıni görə bilmədik. Həmədə ki, icazəli mitinq üçün 7-8 gün əvvəldən müraciət olunmalı idi. Çağdaş insanların mobil telefonu, avtomobili, evində soyuducusu olmalıdısa da çağdaş cəmiyyətin mitinqi vazkeçilməz vasitədir. Xalq qalxıb haqqını tələb etməlidir.” - Müsavat başqanının müavini Tofiq Yaqublu.