Baxış bucağı

"Hökumət büdcədəki problemlərin yükünü vətəndaşın çiyninə qoydu" - iqtisadçı-ekspert Natiq Cəfərli

Bu günkü qonağımız tanınmış iqtisadçı-ekspert Natiq Cəfərlidir. Biz onunla hökümətin qəfləti bahalaşma qərarından, işıq və qazın qiymətlərinin artırılmasından, həmçinin gözlənilən növbəti bahalaşma dalğasından danışacağıq.

“İlk öncə bunun səbəbini araştırmaq lazımdır. Çünki hökümət büdcədə ciddi problemlər yaşadıqdan sonra büdcə kəsirlərinə, büdcədə olan bəzi subsidiyaların ləğv edilməsinə qərar verib. Amma çox təəssüf ki, yenidən yükü vətəndaşın ciyninə qoymaq yolu ilə bu addımları atır. Subsidiyaların azaldımasının yeganə yolunu idarəetmənin təkmilləştirməsindən deyil də, vətəndaşların ciyənlərin əlavə yük qoymaqla keçdi. Hökümət büdcədə olan problemləri və öz inhisarçılarında olan problemləri ancaq bu cür həll etməyi görüblər. Bu dəyişikliyi insanlar bir müddət sonra daha kəskin hiss edəcəklər. Çox təəssüf ki, hökümət adamları bunu qənaət rejminə keçiş, insanların israfçı olması kimi adlandırırlar. Bunun qarşını məntiqsizcə almağa çalışırlar. Satıcı hər zaman malını satmağa çalışır. Onu necə hansı şəkildə istəfadə ediləcəyini düşünməməlidir. Buna görədə israfçılıqdan danımaq yersizdir. Ayrıca insanların vəziyyəti elədə yaxşı deyil ki, israfçılıq etsinlər. İsrafçılığın qarşısını almaq istədikdə mediyadan insanlara çatdırılmalıdır.

Köhnə qiymətlə elektrik enerjisinə aylıq 17.5 azn ödəyən şəxslər limiti aşarsa onda aşılan hər kilovatt üçün 11 qəpik verməli olacaq. İşığın artımı 57 faizdir. Qazın limiti daha da acınacaqlıdı. Belə ki, il ərzində 1500 kubmetrlik qaz həddi qoyulub. Bu limit kombi ilə isinən evlərdə 1 neçə aya doldurulacaq. Artıq istifadəyə görə 2 qat pul ödəniləcək. Qazın artımı 100 faizdir. Düyanın heç bir yerində bu qədər kəsgin artımı müşahidə etmək mümkün deyil. Amma Azərbaycanda bu rahatçılıqla başverir. Bu günkü günü insanlara olan təsirindən danışılır. Amma mən deyərdimki bir müddət sonra orta və kiçik sahibkarlara daha da ciddi təsirini göstərəcək. BP ilə bağlanmış müqaviləyə görə çıxartığı neftın yanındakı qaz pulsuz olaraq Azərbaycan dövlətinə veriləcəkdi. Bu da əhalinin 90 faizini qarşılayır. Dövlət isə bunun 1000 kubmetrini əhaliyə 100 manata satırdı. İndi isə limiti keçtiktən sonra 200 manata saatmağı düşünür. Elektrik enerjisinin də qiymət artımı yaxşı deyil. Elektrik enerjisidə mazotdan əldə olunur. Öz enerjimizi özümüz istehsal edə bilirik. Yeganə məqsəd yaranmış büdcə azalmasını əhalinin çiyninə yükləməkdir.” - Natiq Cəfərli

Mövzuyla əlaqəli məqalələr