Baxış bucağı

"ANS-in heç bir əsas olmadan bağlanması media azadlığının olmamasının nümayişidir" - Xalid Ağaliyev

Bu dəfəki qonaqlarımız Media Huquqları üzrə ekspert Xalid Ağaliyevdir. Onunla bu gün ölkə mediasının durumundan danışacağıq.

 

Xalid Ağaliyev : - «İfadə azadığına olunan əlavələr İfadə azadığını məhdudlaşdırılmağa yönəlib. Bu əlavələr əsasən internetdə saxta profillərdən yazılan qeyri normal yazılara görə cəzaların olması ilə bağlıdır. İfadə azadlığı sadəcə öz adından deyil, həmdə başqasının adından ifadə edə biləcəyi bir şeydir. Bu əsasən insanlarda bir “xof” yaratmaq istəkləridir. Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa məhkəməsində deyilir ki, böhtana, təhqirə görə, şərəf və layəqətin alçaldılmasına görə cinayət cəzaları yol verilməzdir. Mülki məsuliyyət olmalıdır.

Son 10 ilə baxsaq hökümət bu ifadə azadlığından qorxduğu üçün sözlərini yazan yazarları həbsə atdırıb, basqılara məruz qoyublar. Bu ölkəni geridən salır. Qabağa gedən ölkələrdə bu ifadə azadlığları sərbəsdir.

İnkişaf etmiş ölkələrdə bu fikirlər doğru olsada amma bizim ölkədə ifadə azadlığının olduğunu hesab etmirəm. Azərbaycanda inetnetdən istifadə edən fəallardan çoxusu bu günləri həbsdədir. Buna görə Azərbaycanda ifadə azadlığları tam sərbəs deyildir.

Azərbaycanda azad media mühiti olsada media azadlığı yoxdur. Çünki sizin media olaraq fəaliyyət göstərməyiniz amma istədiyiniz mövzunu səsləndirə bilməməyiniz buna misaldır. ANS-in heç bir əsas olmadan bağlanması da buna sübut olar. 2015-ci il sentyabrdan 2016-cı il sentyabr ayına kimi 33 jurnalist məhkəməsi olmuşdur. Əvvəlki illərə nisbətən azalma yoxdur, əksinə daha da çoxalıb. 15-dən artıq jurnalistin ölkədən çıxış-girişinə angəl qoyulmuştur. Təəssüflər olsun ki, informasiya azadlığı getdikcə daha da pisləşir»

Mövzuyla əlaqəli məqalələr