Baxış bucağı

"Donald Tramp prezidentliyi dövründə Qarabağı Azərbaycana geri qaytarmağa maraq göstərməyəcək"

Onun baxış bucağı verlişinin bu günkü qonağı Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Orucdur. Biz onunla ABŞ da keçirilən yeni prezident seçkisindən, yeni prezidentin dünya ölkələrinə və həmçinin Dağlıq Qarabağ münaqişəsinə təsirindən danışdıq.


«Keçmiş prezident Barak Obamanın Yunanıstanda olarkən bir ifadəsi vardı ki, Amerika vətəndaşının dünya hadisələrinə reaksiya bildirməsi onun refleksidir, onun yaşama halıdır, onun mövcudluq formasıdır. Amerikada seçki 2 obrazdan ibarət idi. Birincisi ötən on illər ərzində öz daxili problemləri ilə üz-üzə qalan və onun qlobal gücü fonunda amma daxildə yaşayış çətinliyini hiss edən, təhsilə əlçatanlığı aşağı olan, müqrasiya problemlərini onun üzərinə əlavə yük gətirdiyini görən, irqi ayrıseçkiliyin ortadan qaldırıldığı deyildiyi halda, onu güclü şəkildə həyatında yaşıyan insanlar. İkinci isə yaxın şərqdə özünün bir məkanın ayrılmaz bir hissəsi sayan, təhlükəsizlik zonasında qəbul edən, İraqa da daxil olmaqla önəmli hesab edən, hegemonluq istəyən Amerika vətəndaşlarıdır. Onlarin birinin nümayəndəsi Hillary idi. Digəri isə Trump idi. Hillarinin həyat yoldaşının əvvəllər prezident olması, dövlət katibi olması seçici üçün tanış sima idi. Trump isə heç bir seçkidə içtirak etməyən fiqur idi. Trumpin seçilməsi Amerikada da fərqli qarşıladı. Tanınmış simalardan olan Hanri Kissingerin verdiyi müsahibədə bu seçkini Amerika inqilabı kimi bildirib.
Trumpın fikirlri bu idi ki , biz Amerikadan qıraqda olan siyasət bizə böyük problemdir və çox anti Amerika siyasətini gücləndirmişik. Trumpın bu dəstixəttini dəstəkləyənlər Trumpa səs verdilər. Ümumi götürəndə Trump səs vermədə geri idi amma Amerika seçki sistemi kollegialar üzərində qurulu olduğundan Trump qalib oldu. Hillary nin məğlub olmasına səbəb Vikiliksdə Hillarini korrupsiyonel qadın obrazında olması göstərilmişdi. Clintonlarin milyardlara sahib olması dokumental olaraq göstərilmiştir.
Bəziləri deyir ki, Amerika konsututsiyasi çəkindirmə və balans sistemindən ibarətdir. Amma bu illər ərzidə bunları nəzərə almayıblar. Fikir bu idi ki, ağ dərililərin köləsi olmali olan bu dövlət, qara dərili prezidentin zamanında bizi daha geriyə apardı. Ölkədəki fabriklər Çində quruldu. Amerikada çox malın üzərinə “made in China” yazılıb. Trump ölkəsindəki işsizliyi azaltmaq üçün bəzi fikirlər ortaya atmışdı və buna görə də onu “faşist” kimi qələmə verdilər. Prezidetin siyasəti nə qədər dövlət üçün olsa da, bu zavod və fabriklərin yenidən Ameikada qurulmasına və işsizliyin azalmasına da təsirini göstərəcək. Obama Kuba ilə münasibətləri dəyişdiyi kimi Trump NATO-ya bildirib ki, sizin əvəzinizdən niyə biz pul verməliyik ? NATO toplantılarında olsanız görərsiniz ki, Amerikanı yetərincə söyürlər. Avropalılar deyir ki - “Bizim heç bir azadlığımız yoxdur, ağa onlardır”. Ancaq Amerikada onları söyür ki , NATO-nun 70 faizinin pulunu biz ödəyirik.
NATO-nun taleyində də dəyişikliklər çoxalacaq. Əlbətdə ki, Amerika NATO ya pul ayırmasa avropanın xərcləri artacaq, silah partiyaları avropa məkanında güclənəcək. Rusiya ilə əlaqələr yaxşılaşsa, Çinlə əlaqə sərtləşəcək, İran əleyhinə proseslər sərtləşəcək Trump Ermənistanla bağlı öhtəlik götürməyəcək.Çünki Ermenistana çox yardım edilirdi .Ama Trump bu yardəmları kəsəcək.Trump üçün əsas daxili yardımları edəcək.Azərbaycan üçün çox güman ki yaxşı mənada dəyişiklik olacaq.
Biz son dövürlərdə Erməniləri inandıra bilməmişik ki, Dağlıq Qarabağda onlar rahat yaşaya bilərlər. Bizim Rusiya ilə yaxşı münasibət qurmağımız Ermənistan üçün vəziyyəti daha da çətinləşdirəcək" - Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc.

Mövzuyla əlaqəli məqalələr