Baxış bucağı

"Qrantlarla hətta terrorçu qruplar maliyyələşdirilib, ona görə bəzi fondlar bağlandı" - Əliməmməd Nuruyev

Bu dəfəki proqrammımızın qonağı Hökümət-Vətəndaş Cəmiyyəti Dialoq Platformasının kordinatoru həmçinin Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuruyevdir. Proqrammın mövzusu ölkənin vətəndaş cəmiyyətinin durumundan, qrantlarla bağlı verilən yeni fərmandan həmçinin siyasi məhbus məsələsi və gündəmi məsələlərdir. 

 “Ölkə başçısı 21 oktyabrda xarici qrantların verilməsi prosedurasının asanlaşdırılması və bir pəncərə prinsipinin tətbiq edilməsi ilə bağlı fərman imzaladı. Bu fərman hərşeydən əvvəl vətəndaş cəmiyyətinin imkanlarını genişləndirəcək. Eyni zamanda fərmanın verilməsi ölkədə vətəndaş cəmiyyətinin inkişafında siyasi iradənin davamı olduğunun göstəricisidir həmçinin Azərbaycan hökumətinin, prezidentin vətəndaş cəmiyyətinin inkişafına maraqlı olduğunu və bu istiqamətdə davamlı dəstək verdiyinin göstəricisidir.
Cəmiyyət özü 3 sütun üzərində qurulub: Dövlət və dövlət orqanları, özəl sektor, vətəndaş cəmiyyəti. Bu sütunlar arasında harmonik əlaqələr varsa ölkədə inkişafda olacaq.
Konstitusiya dəyişikliklərinə gəldikdə isə biz hərşeydən əvvəl xalqın iradəsinə hörmət etməliyik, çünki konstitusiya xalqa mənsubdur. Dəyişiklər zamanı hər kəsin öz fikrini demək imkanına malik idi, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində çoxsaylı müxtəlif formada çıxışlar oldu, hər kəs öz fikrini ifadə etdi.”- Hökümət-Vətəndaş Cəmiyyəti Dialoq Platformasının kordinatoru və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Quliyev
Daha ətraflı məlumatları video materialımızdan əldə edə bilərsiniz.

Mövzuyla əlaqəli məqalələr