Baxış bucağı

"Neftdən asılılığı nə qədər tez azaltsaq bizim Azərbaycan üçün daha yaxşı olacaq" - Zaur İbrahimli

"İran, Rusiya və Azərbaycan prezitentlərinin məhz Bakıda keçirilməsi rəmzi xarakter daşıyır.

Azərbaycanın bu görüşdə əsas maraqları məhz "siyasi körpü" rolunu oynamasıdır.

Azərbaycanda keçirilən sammitin əsas məqamı "Şimal-Cənub dəhlizi"-nin reallaşdırılması və bizim burada qazancımız siyasi dividentlər əldə etməsidir.

Biz nəzərə almalıyıq ki, Ələtdə "azad iqtisadi zona" yaratmaq istəyirik. Bu Hamburq tipli və ya Sinqapur tipli liman olacaq. Hər halda konsepsiyada belə vurğulanır.

Neftdən asılılığı nə qədər tez azaltsaq bizim özümüz üçün daha yaxşı olacaq.

Mərkəzdə Azərbaycan olmaqla "Şimal-Cənub nəqliyyat dəhlizi"-ndə  Rusiya və İranla əməkdaşlıq və eyni zamanda onların dözümlü yanaşdığı alternativ lahiyyələrində həyata keçirilməsi , eyni zamanda Qərbində maraqlarının təmin olunması Azərbaycan üçün çox vacibdir.

Böyük siyasətdə dəqiq hesablamalar, "soyuq baş" və emosiyadan uzaq durmaq lazımdır. "

Mövzuyla əlaqəli məqalələr