Baxış bucağı

"Doğrudanmı bir ölkənin akademik çevrəsi, elm adamları,ziyalıları heç nəyi başa düşmür?" - Sahib Kərimli

Sahib Kərimli: "Biz Respublikanın mahiyyət prinsiplərini cəmiyyətə aşılaya bilmədik.

Hökumət təhsil sistemini bilərəkdən öldürdü.

Doğrudanmı, bir ölkənin akademik çevrəsi, elm adamları,ziyalıları heç nəyi başa düşmür?

Bu ölkədə sistem yenidən qurulmalıdır.Əgər cəmiyyətdən İlham Əliyevə təpki yoxdursa, bu o demək deyil ki, xalq güzəranından razıdır və ya insanlar yaxşı yaşayır və yaxudda xalq İlham Əliyevi monarx kimidə qəbul edəcək.

Hökumət bir yalnışın içindədir. İlham Əliyev komandası tərəfindən aldadılır.

Sanki xalqımız 20 il qabaq görmədikləri sosial şəraitə bu gün düşüblərsə, uzun illər üçün şükür etməlidirlər və bununla kifayətlənməlidirlər.

Bizim ölkədə səhiyyə sistemi yoxdur. Kiminsə ailəsində xəstəsi  varsa artıq onlar üçün bu bir faciədir.

Ölkədə bir il ərzində 20-25 mld kredit portfeli olub. Bu kreditlər xalqa minimum 25-30%-lə verilib. İldə 4 mld. üzəri xalqımız faiz ödəyib. Xalqımız bu faizləri ciblərindən ödəyib,borclanıb,əziliblər. Hanı neftdən gələn gəlirlər?

Bu gün xalqımız İlham Əliyevə dolayısı yolla mesaj verir ki: "Tamam. Mən real alternativ görmürəm. Səndə monarx olmaq istəyirsən. OL. Amma monarx ol. Yəni səlahiyyətlər səndə olsun".

Seçki bir institut olaraq ölüb bizim ölkədə.

Hökumət anlamalıdır ki, bu cür davam edə bilməz. Cəmiyyət sonsuzadək hər şeyi qəbul etməyəcək. İnsanlar bu cür faizlərlə,əzilmələrlə, ədalətsizliklə çox getməyəcək. Bir gün partlayacaqlar.

Bizim ölkədə yaşamaq üçün heç bir standartlar yoxdur. Bizim ölkə hətta lll dərəcəli ölkədə deyil.

Cənubi Qafqazda cəmiyyətin demokratikləşməsi və azadlığı baxımından üç ölkə arasında üçüncüyük.

Oqtay Şirəliyev səhiyyə naziri olaraq səhiyyəmizdə bu qədər cinayətlər mövcudursa və bu nazir hələdə postundan istefa vermirsə, deməli adamın abır-hayası yoxdur. Hakimiyyətdə siyasi mədəniyyət formalaşdırılmalıdır".

Mövzuyla əlaqəli məqalələr