Baxış bucağı

"Manat yenə ucuzlaşacaq, hökumət hələ ölkədə böhran olduğunu qəbul etmir" - Azər Mehtiyev

"İkinci devalvasiyadan sonra prosesi nəzarətə almaq adı altında çox ciddi məhdudlaşmalara yol verildi"

"Kanal 13"-də, "Onun baxış bucağı"nın növbəti qonağı iqtisadçı Azər Mehtiyev olub. O, manatın, bankların və ümumilikdə ölkənin iqtisadi durumundan danışıb: "Azərbaycan iqtisadiyyatı hələ ciddi sabitləşmə nöqtəsinə qədəm qoymayıb. Manat yenə ucuzlaşacaq. Hökumət birinci devalvasiyadan sonra bir sıra səhvlərə yol verdi. İkinci devalvasiyadan sonra prosesi nəzarətə almaq adı altında çox ciddi məhdudlaşmalara yol verdi. Hökumət hələ ölkədə böhran olduğunu qəbul etmir. Hökumətin hazırladığı iqtisadi yol xəritəsində isə təqdim olunan istiqamətlər özünü doğrultmayan istiqamətlərdir. O sahələr inkişaf edə bilməz"

Mövzuyla əlaqəli məqalələr