Baxış bucağı

“Heç bir hakimiyət nə qədər avtoritar, nə qədər anti-demokratik olsa da, əbədi ola bilməz” - Zahir Əlisoy

"Avtoritar rejimlərdə siyasi müxalifət olur, amma siyasi proseslərə buraxılmır"

Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlisoy: “Hakimiyət nə qədər avtoritar, antidemokratik olsa da, əbədi deyil”
"Biz bütöv, demokratik, müstəqil Azərbaycan uğrunda mübarizə aparırıq. Biz birmənalı şəkildə Rəsulzadə-Elçibəy yolunun davamçısıyıq. İndi İran adlanan dövlətdə gedən proseslər fərqlidir. Xalqın içində bir milli oyanış hərəkatı gedir. Orada milli şüur problemi artıq qalmayıb. Azərbaycanın şimalından da çox milli şüura malikdirlər. Bizdə sanki məğlubiyyət təfəkkürü formalaşıb, təslim ruhu yaranıb, təəssüf edirəm. Biz Elçibəyin vaxtında bütöv Azərbaycanın xəritəsini çəkdik. Əbülfəz Elçibəy xəritədən imtina etdi, biz xəritədə Azərbaycanın ərazisini Həmədana kimi göstərmişdik. Sonra İran, Kəngər körfəzinə qədər uzatdıq.
Azərbaycanın güneyində çox qətiyyətli millətçi elita formalaşır. Əksəriyyətimiz Quzey Azərbaycana hələ də Sovet Azərbaycanı kimi baxırıq. Azərbaycanda siaysi rejim elə bir sistem qurub ki, rüşvət almadan, oğurluq etmədən cəmiyyətdə yaşamaq olmur. Bu cür yaşamaq olmaz. Biz ölkədə intellektual milliyyətçi kəsimin formalaşmasında maraqlıyıq.
Bizim müxalifətimiz keçmiş MDB məkanında ən güclü müxalifət olub. Azərbaycanda indi avtoritar rejimdir. Avtoritar rejimlərdə siyasi müxalifət olur, amma siyasi proseslərə buraxılmır. Azərbaycan türkləri olaraq, əlli milyonluq xalq olaraq ən böyük problemimizin demokratiya problemi olduğunu hesab edirəm. Azərbaycan demokratikləşməsə, biz heç bir köklü problemimizin çözümünə başlaya bilməyəcəyik. Bizim qədər də problemi olan ikinci bir xalq yoxdur. Azərbaycan hökumətinin apardığı xarici siyasət də milli deyil. Hakimiyyət nə qədər avtoritar, antidemokratik olsa da, əbədi deyil. Pribaltika ölkələrində Ayaz Mütəllibov kimi adam hakimiyyətə gəlsə, qala bilərdimi? Heç gələ bilməzdi. Çünki heç kim onun əlini tutmazdı. Amma təəssüf ki, bizdə gəlib prezident ola bilirdi.
Gürcüstanda siyasi hakimiyyətlər dəyişsə də, bizə, Azərbaycan türklərinə münasibət dəyişmir. Amma onlar daha çox zərbəni Azərbaycan hökumətindən gördülər, nəinki Gürcüstan. Çünki miqrasiya məsələlərində kütləvi şəkildə, başqa milləti talayırmış kimi cərimələr edildi, bir ailədən bir neçə nəfər cərimələndi. Bu məbləğ kənd adamının yaşaması üçün vacib idi, istəsələr bu şəkildə aqressiv etməzdilər. Bu, bizim milli bütünlüyümüzə bir zərbə oldu" - Zahir Əlisoy

Mövzuyla əlaqəli məqalələr