Baxış bucağı

"Azərbaycan müxalifətinin zəif olmasının günahı YAP-ın idarəçiliyindən yaranmış bir əngəldir" - Əli Əliyev

"Hakimiyyətin yaratdığı “dibçək partiyaları” proseslərə nə təsir edə bilər ki?"

Partiya sədri “Dağlıq Qarabağ məsələsi ətrafında xeyli müəmmalar qalmaqdadır. Çünki hökumətin özünün verdiyi bəyanatlar ziddiyyətli olub”,- deyə son proseslərdən narahatlığını bildirib.
“Prezidentin köməkçisi Novruz Məmmədov əvvəl üzərlərinə götürdüklərin öhdəliklərdən bəhs edirdi, bir gün sonra isə heç bir öhdəlik götürmədikləri barədə bəyanat verdi. Azərbaycan hökumətinin Vyana danışıqları ətrafında susması müəmmalar yaradır. Cəmiyyətə açıq, səhih, yetərli məlumat verilmir. Aprel döyüşləri bizə mane olmazlarsa, öz torpaqlarımızı özümüzün qısa müddətdə azad edəcəyimiz gücdə olduğumuzu göstərdi, Azərbaycan ordusunun hazırlıqlı olmasının əlaməti oldu. Aprel hadisələri kimin nə deməsindən asılı olmayaraq, qarşı tərəfdə xeyli sarsıntı yaradıb, siyasi təlatüm yaradıb. Bu hadisələr bir daha göstərdi ki, bizə məxsus olan suveren torpaqlarımızın ancaq Azərbaycan Ordusunun fəaliyyəti nəticəsində mümkündür. Dünya Azərbaycanı nəzarətdə və təhdiddə saxlamaq üçün müxtəlif mexanizmlər düşünür. Bunlardan biri Vyana danışıqlarında Azərbaycan tərəfinə diqtə edilməsinə təşəbbüs göstərilən təkliflərdir. Azərbaycan geopolitik seçimini etməlidir, balanslaşdırılmış siyasət problemin həllinə köməklik göstərmir.
Azərbaycan müxalifətinin zəif olmasının günahı Yeni Azərbaycan Partiyasının idarəçiliyindən yaranmış bir əngəldir, problemdir. Müxalifətin gəlişməsi üçün hökumət müəyyən addımlar atmalıdır. Hakimiyyətin yaratdığı “dibçək partiyaları” cəmiyyətdə təsir gücünə malik deyillər.
Almaniya Bundestaqının erməni soyqırımını qəbul etməsi mənfi bir hadisədir. Bununla bağlı Avropa dövlətlərində baş verən dalğavari proses Türkiyəni hədəfə alan, türk dünyasına zərbə vuran bir siyasi-hüquqi aksiyadır. Almaniya bütövlükdə olmayan bir hadisəni Türkiyənin dövlət oalraq ayağına yazmaq istəyir. Türkiyə dövlətinin gələcəkdə ziyanına işləyə biləcək hadisələrin əsasını qoyur. Bu, sırf siyasi qərardır. Azərbaycan hökuməti Almaniyaya qarşı iddiada buluna bilər, İkinci Dünya Müharibəsinin gedişində törətdiyi fəsadlar nəticəsində 600 min azərbaycanlı qətlə yetirilib. Azərbaycanın Milli Məclisi bu qətliamı törətmiş tərəfə qarşı iddia qaldıra bilər, belə bir hüquqi sənəd hazırlana bilər və almaniya hökumətindən kontribusiya tələb edək. Bundestaqa ən adekvat cavab bu ola bilər. Azərbaycan bu məsələyə həssas yanaşmalıdır, çevik olmalıdır. Bundestaqda baş verən hadisələr Azərbaycan üçün də ciddi siqnaldır”.

Mövzuyla əlaqəli məqalələr