Baxış bucağı

"Hakimiyyət Qarabağ məsələsindən sosial-siyasi məsələlərdən diqqəti yayındırmaq üçün istifadə edə bilər"

Pənah Hüseyn: "Azərbaycan iqtidarı Qarabağla bağlı çox xətalı bir siyasət yeridir"

"Hakimiyyəti qoruyub saxlamaq bizim borcumuz idi və  mümkün idi. Rus qoşunlarının Azərbaycandan çıxarılması bizim əsas strategiyalarımızdan biri idi. Biz yetərincə qətiyyətli olsaq hakimiyyət çevrilişinin qarşısını ala bilərdik. Qarabağ məsələsi ilə bağlı Vyana danışıqları getdikcə daha çox suallar yaradır. Vyana danışıqları Azərbaycan ordusunun aprel ayındakı uğurlarına kölgə sala bilər. Aprel hadisələrindən sonra görünən budur ki, proseslər bizim əleyhimizə işləyir. Azərbaycan iqtidarı Qarabağla bağlı çox xətalı bir siyasət yeridir. Azərbaycan cəmiyyəti və siyasi müxalifət torpaqlarımızın silahli qüvvələrlə işğaldan azad olunması məsələsində iqtidarı dəstəkləyir. Hakimiyyət Qarabağ məsələsindən sosial-siyasi məsələlərdən diqqəti yayındırmaq üçün istifadə edə bilər. Bu çox təhlükəlidir. Çünki cəmiyyət hər şeyə dözməyə hazırdır təki, torpaqlar işğaldan azad edilsin. Müxalifəti məhv eləmək mümkün deyil, onu yandırsan da külündən yenisi əmələ gələcək. Proseslərdə gənclərlə bir yerdə olmaq lazımdır" - Pənah Hüseyn, Onun baxış bucağı verilişi

Mövzuyla əlaqəli məqalələr