Baxış bucağı

"Azərbaycan siyasətçiləri uzun müddətdir siyasət aparmırlar, siyasi proseslər onları aparır" - Fazil Mustafa

"Rusiya dəstəyini çəksə, bir gün ərzində Ermənistanda daş daş üstündə qalmaz"

"1994-сü ilin atəşkəsinə əməl olunacağı inandırıcı görünmür. Vyana görüşü Azərbaycanın üstün mövqeyini nümayiş etdirirdi. Ermənilərə maraqlı dərs verilmişdi ki, istənilən zaman Azərbaycan hərbi yolla özü üçün lazım olan hədəfləri, qarşısına qoyduğu məqsədləri yerinə yetirə bilər. İndiyədək prezidentlər arasında keçirilən görüşlər ona görə nəticəsizdir ki, bu görüşləri təşkil edən dövlətlərin maraqları fərqli olub. Onlar problemi həll etmək istəyiblər, amma Ermənistanın xeyrinə. Vyana görüşünün də nəticəsinin olacağına ümid böyük deyil. Rusiya neytrallığını qorumadığına görə, Dağlıq Qarabağ indiyədək problem olaraq qalır. Münaqişənin həll olunmasını tərəflərin üzərinə atmaq absurddur. Rusiya dəstəyini çəksə, bir gün ərzində Ermənistanda daş daş üstündə qalmaz. Atəşkəsin imzalanmasına Rusiyanın sərt tonu öz təsirini göstərdi. Rusiya sülhməramlılarını bölgəyə yerləşdirməsi ehtimalı var. Amma Azərbaycanın bu fikri yaxın buraxması doğru deyil. Rus qoşununun Azərbaycanda olması müstəqilliyin itirilməsi üçün real təhlükədir. Müharibə hazırlığı yüksək səviyyədə getməlidir. Müharibə artıq 18-20 yaşlı əsgərlə yox, peşəkar ordu ilə aparılmalıdır. Uğurun əsas leytmotivi bu, ola bilər. Apreldəki atəşkəs qərarı yanlış deyildi, taktiki bir gediş idi. Çalışmalıyıq ki, ciddi peşəkar ordu hərəkatına başlayaq. Bu, gecikib. Ölkə siyasətçiləri uzun müddətdir siyasət aparmırlar, siyasət onları aparır. Ölkədə müxalifət güclü olmalıdır. Müxalifətin zəif olması hakimiyyətin güclü olması deməkdir. Bu, təhlükəli tendensiyadır" - Deputat Fazil Mustafa, Onun baxış bucağı 42-ci veriliş

Mövzuyla əlaqəli məqalələr