Sorğu

"Azərbaycanda "ilin adam"ına layiq olacaq heç kim yoxdur axı onu "ilin adam"ı seçək"- SORĞU

Kanal13 olaraq ,“Əgər “İlin adamı”-nı seçmək imkanı olsaydı kimi seçərdiniz?” sualı ilə sakinlərə müraciət etdik…Təbii ki, fərqli cavablar aldıq. Vətəndaşların cavabı ilə sizi tanış edirik!

“Azərbaycanda ilin adamına layiq olacaq heç kim yoxdur.Ümumiyyətlə bu ilin uğurlu bir işi də yoxdur ki, hansısa uğura görə kimisə “İlin adamı” elan edək!”,

“Özümü”,

“Müdafiə Naziri Zakir Həsənovu”,

“Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu”,

“İlin adamı İlham Əliyevi seçərdim…Şükür Allaha ölkədə sabitlik hökm sürür. Bundan əlavə Biləsuvar rayon icra başçısı Mahir ilin adamı kimi göstərmək olar”,

“Kim ki, camaata düzgün qulluq edir, onu seçərdim…Bizim ölkədə isə elə biri yoxdur”,

“İlk növbədə prezidentimizi daha sonra isə müəyyən müğənnilər var ki,onları seçərdim!”- deyə vətəndaşlarımız sorğumuza cavab vermişdir.

Daha ətraflı məlumatları video materialımızdan əldə edə bilərsiniz.

Mövzuyla əlaqəli məqalələr