Verilişlər

"Müxalifət Roma Papasından çox katolik olmaq istəyir" - Tural Abbaslı

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Günün Sonu” verlişində bu dəfə “Türkiyədə baş tutan son referendum” müzakirə edilib.

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Günün Sonu” verlişində bu dəfə “Türkiyədə baş tutan son referendum” müzakirə edilib. Müzakirə “Ağ partiya” başqanı Tural abbaslı ilə aparılıb.

Tural Abbaslı : “ Çox gözəl və nümunəvi referendum oldu.  Çox demokratik seçki keçirildi, hansı ki, bu seçki Avropaya nümunə olacaq seçki idi.  Heç bir basqıdan və ədalətsiz mühitdən söhbət gedə bilməz. 

Biz bilirdik ki, bu məsələdə Avropa şurası qərəzli olacaq.  ATƏT heç də bizim düşündüyümüz kimi bitərəf və obyektiv düşünən qurum deyil.

Türkiyə artıq müstəqil siyasət yürütməyə və dövlətini inkişaf etdirməyə çalışır və təbii ki, Türkiyədən istədiyini alan ölkələr Türkiyənin  müstəqil olmasını istəmir.

Dünənə qədər Türkiyə silahı başqalarından alırdısa artıq indi özü silah istehsal edir və artıq o ölkələrdən heçnə istəmir.

Deyirlər ki, referendumdan sonra Türkiyədə qarşıdurmalar olacaq, geriyə yuvarlanacaq,etirazlar olacaq ancaq görürsüz ki, artıq neçə müddət keçib heç bir etiraz və geriləmə halları yoxdur. Əksinə bu gün CHP-nin getməsini istəyənlər var.

Gələcək barədə danışmaq, proqnozlar vermək siyasətçi üçün uğurlu məsələlər deyil. Necə olacağını zaman göstərəcək.

Türkiyə bu gün də fövqəladə vəziyyətdə yaşayır. Türkiyənin daxilində çoxlu düşmənləri olduğu halda ölkə boşmu buraxılmalıdır?

Amerikada müxtəlif qanunsuzluqlar olur, onlara fikir verilmir ancaq Türkiyə hansısa sözü və ya hərəkəti edən kimi söz-söhbətə səbəb olur…Bunlar hamısı qərəzdir.

Bizdə Türkiyəyə olan münasibət 3 yerə bölünür…Siyasi elitanın, hakimiyyətin və xalqın münasibəti…Xalqın münasibəti Türkiyəyə də onun hakimiyyətinə də çox istidir və yüksəkdir. Ancaq müxalif elita papadan çox kataloq olmaq istəyir. Bu yaxınlarda Roma papası çıxış etdi və insanlar ona qulaq asdı bu zaman o insanlar cahil olmur ancaq öz müstəqlliyi üçün tankın, topun qabağına çıxaraq “Allahu Əkbər” deyən insanlar cahil olur? Bu nə yanaşmadır? Əsas o insanların əməlləridir yoxsa düşündükləridir?

Türkiyə öz milli-mənəvi dəyərlərinə qayıdış yaşayır, düşünürəm ki, bu qayıdış bizim ölkədə də olacaq.

Bizim müxalifətdə bir çoxları qeyri-səmimidir və xalq da bunu görür, xalq çörəyi qulağına yemir.  Məhz buna görə də bu gün nə hakimiyyət, nə də müxalifət xalqın dəstəyini ala bilməyib!”.

 

 

 

Mövzuyla əlaqəli məqalələr