Verilişlər

"8 aprel mitinqi bütövlükdə müxalifətin böhranı idi"-Taleh Əliyev

"Xalq hər iki siyası qüvvənin arxasında görünmür, imtina edib, hər iki qüvvədən. Xalq bir pisi başqa bir pislə dəyişmək istəmir".

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Hüquq ışığında” verlişində bu dəfə “AZərbaycanda sərbəst toplaşma azadlığı” müzakirə edilib. Müzakirə “Ümid” partiyası icra aparatının rəhbəri Taleh Əliyev ilə aparılıb.

Taleh Əliyev : “ Ölkəmizdə vətəndaşların toplanma hüququ tamamilə məhdudlaşdırılmayıb, qismən də olsa buna şərait yaradılır. Ancaq bu o demək deyil ki, sərbəst toplaşma tamamilə azaddır. Etiraz üçün yalnız “Məhsul” stadionunu göstərirlər, bu isə anormal haldır.

Biz partiya olaraq vətəndaşlarla daha çox qapalı yerlərdə görüş keçiririk.

Regionlarda vəziyyət olduqca acınacaqlıdır. Demək olar ki, heç bir bölgədə siyasi təşkilatlara dövlət səviyyəsində öz sözlərini demək üçün şəriat yaradılmır. Yerli məmurlar daha çox mühafizakarlıq edirlər.

Artıq müəyyən siyası dairələrdə 2018-ci ilin prezident seçkilərinə görə danışıqlar gedir.

Biz hesab edirik ki, hər bir sərt rejimlərin bir günü sonu olur.Sirkə nə qədər tünd olsa, öz qabını çartladar.

Xalq hər iki siyası qüvvənin arxasında görünmür, imtina edib, hər iki qüvvədən. Xalq bir pisi başqa bir pislə dəyişmək istəmir. Təəssüflər olsun ki, bu gün Azərbaycan müxalifəti xalqın istədiyi səviyyədə deyil.

8 aprel mitinqi təkcə Milli Şuranın deyil, həmçinin Azərbaycanda müxalifətin böhranı idi.

Mən deməzdim ki, birləşmə hüququ təmin edilmi vəziyyətdədir. Baxmayaraq ki, daha çox siyası ola biləcək qurumlar QHT hesab olunmur”. 

Mövzuyla əlaqəli məqalələr