Verilişlər

"Bu cəmiyyətin ortaya çıxartdığı tip rüşvətxor tipidir"-Taleh Şahsuvarlı

"Etiraz edən insanlarımız, öz haqqını tələb edən insanlar var…Elə biri də mənəm…Amma mən elə hesab etmirəm ki, cəmiyyət bütünlüklə bilgisizdir və hər şeyə kütləvi etiraz etməlidir".

 

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Sizin Trubuna” verlişində bu dəfə “Azərbaycan cəmiyyətinin bilgisi” müzakirə edilib. Müzakirə araşdırmaçı jurnalist Taleh Şahsuvarlı və hərbi jurnalist Ramil Məmmədli ilə aparılıb.

Taleh Şahsuvarlı : “ Çox təəssüflər olsun ki, biz o qədər də bilgili bir cəmiyyətdə yaşamırıq. Bu gün Azərbaycanda istehsal olunan bilgi başqa dövlətlərlə müqayisədə çox aşağı səviyyədədir.

Baxın məsələn bu otaqdakı əşyaların hansını biz Azərbaycan cəmiyyəti olaraq kəşf etmişik? Heç birini biz kəşf etməmişik.

Biz Lütfuzadə ilə fəxr edirik, ancaq mənim fikrimcə o, daha çox Amerika ölkəsinin yetirməsidir. Yəni, məncə o bizim ölkəmizdə olsaydı bu cür tanınmayacaqdı.

Xeyr!Elm və bilgi eyni mənanı ifadə edir. Mən demirəm hamı savadsızdır, aşağı kassanadır. Sadəcə dünyada “NASA” hər gün milyonlarla göy cismini müşahidə edir. Ancaq Azərbaycanda Şamaxıda rəsədxana bir normal ulduz, planet kəşf edilməyib.

Bütövlükdə deyirəm ki, bizdə bilgi yoxdur.

Tarixdə qul üsyanları var idi. Həmin vaxt sual ortaya çıxırdı ki, “Bu qullar nə istəyirdi?”…Bu sual tam aydınlaşdırılmamış bir sual olub. Eyni sulla biz bu günki cəmiyyətimizdə rastlaşırıq. Elə bir insan yoxdur ki, icra başcısından, polisdən, bələdiyyədən tam razı olsun və onlar düşünür ki, bu məmurlar rüşvətxordur.

Bu cəmiyyətin ortaya çıxartdığı tip rüşvətxor tipidir. Bunu necə dəyişmək olar? Ancaq insan kapitalının dəyişimi ilə…

Keçən il fəxr etdiyimiz “Aprel döyüşləri” oldu…Biz bunu dünyaya nə qədər yaya bildik? Halbuki bütün internet resurslarımız mövcuddur”.

Ramil Məmmədli : “ 20-30 il əvvələ baxanda bu gün Azərbaycanı kifayət qədər bilgili hesab etmək olar. Azərbaycan cəmiyyəti böyük hissəsi dünyada baş verən proseslərdən məlumatlıdır. Hətta ağıla gəlməyən insanlar belə çox yaxşı təhlillər apara bilirlər.

Bu gün Azərbaycanın bütün elmi və əqli bazası Sovetin tərkib hissəsidir. Biz kosmosu fəth etmişik, nüvə elminə sahib olmuşuq.

Azərbaycan kifayət qədər aktiv xalqdır. Qonşu ölkələrlə müqayisə etsək , görərik ki, həmin ölkələrdə orta və ali təhsilli yerlilərimiz çoxdur.

Məncə elm ayrıdır, bilgi ayrıdır.

Etiraz edən insanlarımız, öz haqqını tələb edən insanlar var…Elə biri də mənəm…Amma mən elə hesab etmirəm ki, cəmiyyət bütünlüklə bilgisizdir və hər şeyə kütləvi etiraz etməlidir.

Bir insan etiraz edirsə deməli o bilgilidir, məlumatlıdır. Yəni baltanı kökündən yox, ortasından vurmaq lazımdır.

Pis kadr yoxdur…İstənilən kadr icraçıdır ki, ona verilən tapşırıqları yerinə yetirir.

Kadrların normal şəkildə işlərini həyata keçirməsi üçün məzarət sərt şəkildə olmalıdı,yoxlama prosesi davamlı olmalıdır. Həmçinin də onların mıvacibi yaxşı olmalıdır ki, gözləri onun,bunun cibində olmasın.

Mənim tanıdığım şəxslər var ki, yaxşı işlərdə çalşırlar və rüşvət də verməyiblər.

Cəmiyyətə təsir edəcək məmur təbəqəsi rüşvətlə təyin olunmur”.

Mövzuyla əlaqəli məqalələr