Verilişlər

"Moskvanın əliylə hakimiyyətə gələn bu iqtidar Azərbaycan xalqından uzaqdır"-Zəlimxan Məmmədli

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Soydaş” verlişində bu dəfə “1920-ci il,28 aprel” müzakirə edilib.Müzakirə “Borçalı İctimai Cəmiyyəti”-nin sədri Zəlimxan Məmmədli ilə aparılıb.

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Soydaş” verlişində bu dəfə “1920-ci il,28 aprel” müzakirə edilib.Müzakirə “Borçalı İctimai Cəmiyyəti”-nin sədri Zəlimxan Məmmədli ilə aparılıb.

Zəlimxan Məmmədli: “ Azərbaycan milli rodusunun formalaşdrılması Qafqaz İslam ordusuna həvalə olundu.  Yəni olmayan bir şeydən ordu formalaşmalıydı.  Ordunun mühüm hissəsi Azərbaycanda sərhəddə birləşib. Artıq Sovet müxtəlif nəhanlər axtarırlar ki, Azərbaycana girsin. 25-26-na keçən gecə ölkəmizə girməyi bacarırlar və hissə-hissə Azərbaycanı dağıtmağı bacarırlar. Yəni boşluqlardan istifadə etməklə ölkəyə ordu yeridirdi Sovet ordusu…İnsanlar həmin vaxt müqavimət göstərdi.

Rus imperiyası heç bir zaman mahiyyətini dəyişməyib. İstifadə etdiyi aləti zora söykənmək olub.  Biz ikinci dövlət müstəqilliyimiz qurana qədər vətəndaşlar dövlət bayrağını, dövlət himnini tanımırdı və M.Ə.Rəsulzadə onlara düşmən kimi təqdim edilmişdi. Həmin dövrdə milli mübarizədə olan insanlar güllələndi. Eyni proses bu gün də olur. Müsavatçılığı təbliğ edən, yenidən o bayrağımızı başımızın üstünə gətirmək istəyən insanlar rusun tapşırığı ilə təqib olunur.

Hazırda müsavatçılıqdan uzaq bir hakimiyyət hökm sürür bizdə…Buna görə də Moskva rahatdır. Əgər belə olmasaydı neft milliləşərdi, neft elmin,millətin inkişafına xidmət edərdi.Biz ən azı Gürcüstan səviyyəsində Avropa dövlətləri ilə müttəfiq olardıq. Vətəndaşlar Azərbaycanda onvestisiya qoyardı.

Bu gün hansısa məmurum qəbuluna girə bilirikmi?Xeyr!Harda türkçülük təbliğatı var, ora daşlanır.

Moskvanın əliylə hakimiyyətə gələn bu iqtidar Azərbaycan xalqından həmçinin M.Ə.Rəsulzadə siyasətindən çox uzaqdır. Bu xalq özü meydana çıxıb, rusofillərin cavabını verməlidir. Bu gün gizlənən kommunist partiyası bir anda ortaya çıxa bilər. Artıq onların səsi parlamentdən gəlir.

Yəni, müstəqilliyimizin təməlində xalqın öz iradəsi durur.

Təəsüf ki, bu gün hakimiyyətdə 28 Aprel zehniyyəti hökm sürür!"

Mövzuyla əlaqəli məqalələr