Verilişlər

"Həkimlər bizə səhv dərman verirlər ki, ölək" #Yad xəbər

"İnsanın ən böyük sərvəti onun sağlamlığıdır.Onu itirməməkdən ötrü hər şey edirik.Amma bəzən elə həkimlərin səhv diaqnozu və səhv müalicəsi onu itirməmizə səbəb olur".

Səsinin eşidilməsinə ehtiyacı olan problemli vətəndaşlar, gününüz xeyir.Lamiyə Çerpanova ilə Yad xəbər efirdədir.
Aprelin 26-da Kanalımızın əməkdaşı Temur Kərimovun avtomobilinə hucum olunub.Məqsəd heç də oğurluq olmayıb.Hər halda belə olsa idi bəzi vacib əşyalar oğurlanmalı idi.Burdan o cılız 
əməli törədənlərə səslənmək istərdim.Biz azad söz mücahidləriyik.Heç vaxt susmayacayıq.Siz də özünüzə yaraşan bu cılız əməlləri törətməklə kifayətlənəcəksiniz.

Belə bir deyim var.Qonşun pisdi qaç qurtul.Amma bəzən bunu edə bilirik.O qonşu ilə yaşamağa məcbur oluruq.Elə Elvin İbadov kimi.Elvin deyir ki,qonşusu qeyri-qanuni onun evinin önündə və arxasında tikinti işi aparır.Bu qanunsuz tikinti işini aparana isə heç gözün üstə qaşın var deyən yoxdur.Amma adətən biz görmüşük ki, daşı-daş üstünə qoyan kimi rayon icra nümayəndələri , mənzil kommunal idarəsinin işciləri bir göz qırpımında ərazidə peyda olurlar.Sual verirəm, Əziz ica numayəndələri, bəs bu tikili tikiləndə harda idiniz?

İnsanın ən böyük sərvəti onun sağlamlığıdır.Onu itirməməkdən ötrü hər şey edirik.Amma bəzən elə həkimlərin səhv diaqnozu və səhv müalicəsi onu itirməmizə səbəb olur.Firuz ibadov ağır ankoloji və şəkər xətəsidir.Bəli diaqnoz düz qoyulub.Amma Firuz səhiyyə nazirliyindən və səhiyyə işçilərindən narazıdır.O deyir ki, ona pulsuz verilməli olan dərmanlar verilmır.Səbəbini soruşanda isə həkimə yaraşmıyan tərzdə dədəmin bazası yoxdur deyirlər.İnsanlar xaricə tək savadlı həkimlərdən müalicə almaq üçün yox, həm də normal münasibət, diqqət görmək üçün gedirlər.Sora da həkimlərimiz efirlərə çıxıb dad çəkillər ki, əziz xəstələr bizdə də savadlı həkimlər var ora bura getməyin.Düzdür inanıram ki, az da olsa savadlı həkimlərimiz var.Bir qismi ölkədə çox qismi xaricdə .Ölkədə çalışan həkimlər necə müalicə edirsiz, necə diaqnoz qoyursuz öz işinizdir.Heç olmasa xəstə ilə normal davranın.Xəstəyə xəstə kimi baxın pul mənbəyi kimi yox.
Bax belə bu həftəlik bizdən bu qədər.Əgər sizdə səsinizin eşidilməsini istiyirsizsə bizə yazın və ya öz videolar vatsap nömrəmizə göndərin.Heç şübhəsiz ki , sizin də səsinizi eşidən tapılar.

Mövzuyla əlaqəli məqalələr