Verilişlər

"Kənd Təsərrüfatı naziri badımcanla kartofu ayıra bilmir"-Hafiz Hacıyev

"Nazirlər guya rayonlara qəbula gedirlər.  Onlar rayona gedəndə yolları bağladırlar,öz işçilərinin geyimini dəyişirlər və oturdurlar orda ki, guya bunlar sadə vətəndaşlardır". 

Hər həftə kanal 13 ekranlarında yayımlanan “Günün Sonu” verlişində bu dəfə Musavat partiyasının sədri Hafiz Hacıyevlə “Ölkədə baş verən son proseslər” müzakirə edilib.

Hafiz Hacıyev : “Prezident İ.Əliyev sahibkarlara dəstək üçün xüsusi tapşırıqlar verdi. Bundan sonra sahibkarlara qarşı nə qədər basqınlar oldu. Hakimiyyətdə prezidentin prezidentin əleyhinə işləyən qrup var. Bunu qərəzli demirik. Bütün ərzaq məhsulları qalxıb.

Kənd Təsərrüfatı sahəsində yalançı rəqəmlər göstərirlər. Qiymətlər də günü-gündən artır. Çünki rəhbər yerində olmayan rəhbərdir. Bu adam bilmir ki, pomidoru parnikdə yoxsa çöldə əkirlər? Badımcanla xiyarı ayıra bilmir. Bunun bir işi olub ki, Hesablama palatasında hesablayıb, onun bunun pulunu əlində almaq.

Bazarda kartofun kilosu 2 manatdır…Niyə belə olmalıdır? Girirsən marketə görürsən ətin kilosu 16 manatdır…Gəlib, televizorda yalandan danışanlara kimdi inanan?  Bu gen nə qədər ki, Azərbaycanda Qocalar Evi olan hakimiyyət var, elə belə də olacaq.

Ziya Məmmədovun qudası Heydər Əsədov prezidentə işləyə bilməz. Bu mümkün olan şey deyil.

Samir Şərifov Azərbaycanın bank sektorunu məhv edib. Bu adama Avropada deyiblər ki, Samir Şərifovdan yaxşı prezident çıxar. Deməli bunu xarici kəşfiyyat alıb ələ.

Prezident istəyir ki, islahatlar aparsın, ancaq hakimiyyətdə mafiya qruplaşmaları var ki, onlar müəyyən mitiqnlərlə prezidentin başını qatırlar.

Məscid məsələsində də istək xalqı ayağa qaldırmaq idi. Yəni ki, baxın Azərbaycanda İslam oyunları keçirilir ancaq bu tərəfdə məscid sökürlər. Prezident bilən kimi bunun qarşısını aldı.

Bəzi nazir və məmurlar qocalıb, onların ağılları, huşları yerində deyil. Onlar deyir ki, ölkədə qarşıqlıq olsun, prezidentin başını qatsınlar və öz bildiklərini etsinlər.

Mənə çoxlu məktublar göndərirlər…Çoxu də rüşvət məsələsidir.

Səlim Müslümov öz qohumlarını yığıb ətrafına…Bunların hansı birini deyim? Mən bunları deməliyəm, deməsəm vəziyyət daha da ağır olar.

Nazirlər guya rayonlara qəbula gedirlər.  Onlar rayona gedəndə yolları bağladırlar,öz işçilərinin geyimini dəyişirlər və oturdurlar orda ki, guya bunlar sadə vətəndaşlardır. Televiziyalarda çəkiliş aparırlar.

Rayonlarda qaz yoxdur, Azərbaycanın qazı ola-ola birdən görüsən səhərdən axşamacan qazı kəsirlər.

Qabağdan gələn seçkilərdə iştirak edəcəm”.  

Mövzuyla əlaqəli məqalələr