Verilişlər

"Dövlətin bütün sərvəti məmurların əlindədir"-Ramil Hüseynov

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Olduğu Kimi” verlişində bu dəfə “Vətəndaş və İnkişaf” partiyasının sədr müavini Ramil Hüseynovla bir çox məsələlər müzakirə edilib.

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Olduğu Kimi” verlişində bu dəfə “Vətəndaş və İnkişaf” partiyasının sədr müavini Ramil Hüseynovla bir çox məsələlər müzakirə edilib.

Ramil Hüseynov : “ Fransada prezident seçkilərindən sonra Qarabağ mövzusunda elə də ciddi dönüş yaranmayacaq. Çünki hər kəs D.Trumpdan da çox şey gözləyirdi ancaq gözlənilənlər olmadı.

Ölkəmizdə iqtisadi-siyası durum nə müxalifət nə də iqtidar üçün ürək açan deyil.  Demək olar ki, ölkədə müxalifət yox səviyyəsindədir. İqtidar elə bir şərait yaradıb ki, ölkədə bütün siyası çıxışlar ləğv edilib. Televizyalarda birdənə də olsun siyası verliş yoxdur.

Hesab edirəm ki, həm müxalifətdə ,həm də iqtidarda ciddi inqilaba ehtiyac var. İqtidarda bunun işartıları demək olar ki, görsənir.Çünki prezident ətrafında olanlara inanmır və bunun nəticəsidir ki, M. Əliyeva ölkənin birinci vitse prezidenti seçildi.

Mütərəqqi qüvvələrin birləşməsinə ehtiyac var ki, ölkəmiz zəifləməsin…Çünki iqtidar və müxalifətin zəifləməsi ölkənin də zəifləməsinə gətirib, çıxarır.

Müxalifətin indiyə qədər atdığı heç bir addımın effekti olmayıb.  Buna səbəb iqtidarın onların qarşısını alması və subyektiv düşüncələrdir. Çüxalifət hadisələri düzgün qiymətləndirə bilmir. Müxalifət arasında qısqanclıq da var.

Mən o cür mitinqlərin əleyhinəyəm…Çünki o mitinqlərin ölkə siyasətinin dəyişdirilməsi üçün heç bir əhəmiyyəti olmayacaqsa onun keçirilməsi də mənasızdır.  Cəmiyyət nə müxalifətə, nə də iqtidara inanır.

Ölkəmizdə seçkilər tam demokratik keçirilmir. Ona görə də müxalifət ancaq mitinq edə bilir. Dəyişikliyə ehtiyac var.

İqtidar yerində olmayan məmurları işindən azad edilməlidi, yəni islahatlar olmalıdır.

Əksər məmurlar üçün ölkə, dövlət maraqları yoxdur. Onlar üçün öz maraqları var.Korrupsiyalaşmış məmurlar azad olunsa ölkədə müəyyən dirçəlişlər yaranar.

Hakimiyyətə olan məmurlar artıq neçə illərdir vəzifədə olduğu üçün hakimiyyətin bütün sərvəti bu məmurların əlindədir.

Yeni kadrlardan istifadə etmək lazımdır ki, məmurlar yığdıqları sərvəti dövlətə qarşı istifadə etməsinlər.

Hazırda bizim partiyamız qurultaya hazırlaşır. Qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətimiz var.

İlk olaraq ölkədə rüşvətin kökünü kəsmək lazımdır. Dövlət idarələrində rüşvət tüğyan edir…Əgər rüşvət ləğv olunmasa iqtisadi çöküş bundan sonra da davam edəcək.Daha sonra isə rüşvətxor məmurlar işdən çıxarılmalıdır!”.

Mövzuyla əlaqəli məqalələr