Verilişlər

"Elçibəy 3 dəfə mənimlə görüşə gəldi, onu qovdum"-Nemət Pənahlı

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Olduğu Kimi” verlişində bu dəfə “Sizin Tribuna verlişində yaranan dialoq” müzakirə edilib. Müzakirə Azərbaycan milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə aparılıb.

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Olduğu Kimi” verlişində bu dəfə “Sizin Tribuna verlişində yaranan dialoq” müzakirə edilib. Müzakirə Azərbaycan milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə aparılıb.

Nemət Pənahlı : “Mən həmin dövrdə bütün vəziyyəti dəyişərək bəyan etdim ki, Azərbaycanın başına gələn bütün fəlakətlərin başında Sovet İmperiyası dayanır və bu gündən etibarən bu meydanın adı azadlıq meydanıdır və bizim də apardığımız mübarizə də Milli Azadlıq Mübarizəsidir.

Xalq Cəbhəsi də ondan bir il sonra yaradıldı.O dövrdə də hakimiyyət Rusiyanın qulu idi. Ona görə də faktiki olaraq Azərbaycana xəyanət birinci elə burdan başlayıb. Azərbaycanda olan milli satqınların nəticəsində Azərbaycan bu günə düşüb.

Atışma zamanı öz polislərimiz Azərbaycanın xalqının əlindən ov tüfənglərini yığdı və kim ki, Azərbaycan xalqınının müdafiəsinə qalxdı onları da şərləyib,saldılar içəri…Beləcə xalq qaldı erməni silahlıların qarşısında əliyalın.

Mən həbsxanada olanda mənə psixoloji təsir edə bilmədilər, ona görə də mənimlə bazarlığa oturdular. Mənə dedilər ki “ Səni həbsxanadaykən deputat edirik və gələcəkdə prezident də olacaqsan”…Mən də dedim ki, “Sovet İmperiyası mənim vətənimin düşmənidir. Mənim min canım olsa minin də Sovet İmpreiyasının dağılmasına həsr edəcəm. Nəinki Azərbaycanın SSRİ-nin də rəhbərliyin mənə versəniz, mənim sizinlə əməkdaşlığım mümkün deyil!”.  Yəni əgər mən razılaşmış olsaydım mənə inanan xalqımı Sovet İmperiyasına xidmət etdirmiş olacaqdım.

“Xalq Cəbhəsi” ifadəsini ilk dəfə Lenin işlədib. Ondan əvvəl bizdə “Çənlibel”, “Yurd”, “Ocaq” “Karvan” təşkilatları var idi. Görürsünüz hamısı bizim milli adlarımızdır. Ancaq ondan sonra bütün ölkələrdə “Xalq Cəbhəsi” adlı təşkilat yarandı. “Xalq Cəbhəsi” təşkilatı yenidənqurmaya dəstək üçün yaradılıb. Bu təşkilatda müstəqillik haqqında bir cümlə belə olsun yoxdur.

Birdən-birə Əbülfəz bəyi reklam edərək, gətirib çıxartdılar “Çənlibel”-ə və bura gəlməklə bu təşkilatı dağıtdılar.

Mənim səhvim xəyanətə bərabər səhvdir, bu səhv Əbülfəz bəyə aldanaraq Xalq Cəbhəsinin yaranmasında iştirak etməyim oldu.

Mən Ə.Elçibəyə dedim ki, sən bilirsən Xalq Cəbhəsini KKB yaradıb? Dedi “hə”, dedim onda sənin orda nə işin var,mənim nə işim var? Dedi ki, “Biz taktika işlədirik,əgər bu agentura olmasa bizi rəsmi qeydiyyata almayacaqlar.”

Ondan sonra mən dedim ki, mən bu cəbhədən istefa verib, çıxıram, gedirəm özüm mitinqlər təşkil etməyə…

Bizim səhvimiz onda oldu ki, mitinqləri cəbhənin adıyla keçirtdik.

Mən bundan sonra dedim ki, meydanda çıxış edib, Xalq Cəbhəsinin nə üçün yaradıldığını elan edəcəm. Ona görə də R. Qazıyev. Ə. Elçibəy və Etibar bəy gəlib mənə yalvar, yaxar etdilər ki, mən bu məsələni meydanda açmayım”.

 

 

 

 

Mövzuyla əlaqəli məqalələr