Verilişlər

"Rəhim bəy mən dövlət katibi,siz də Müdafiə Naziri olanda ermənilərlə çox oturub,durmusuz"-Pənah Hüseyn

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Sizin Tribuna” verlişində bu dəfə “ 1989-1991-ci illərdə baş verən bəzi proseslər” müzakirə edilib. Müzakirə keçmiş müdafiə naziri Rəhim Qazıyev və keçmiş baş nazir Pənah Hüseyn tərəfləri arasında aparılıb.

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Sizin Tribuna” verlişində bu dəfə “ 1989-1991-ci illərdə baş verən bəzi proseslər” müzakirə edilib. Müzakirə keçmiş müdafiə naziri Rəhim Qazıyev və keçmiş baş nazir Pənah Hüseyn tərəfləri arasında aparılıb.

Pənah Hüseyn: “ Həqiqətən 1989-cu ilin noyabr ayında mitinqlər gedirdi və Qarabağ cəbhəsində xalq cəbhəsi ermənilərə qarşı mübarizə aparırdı. Buna görə də Azərbaycan Xalq Cəbhəsində böhran yaranmışdı, qruplar əmələ gəlmişdi.İdarə heyətinin 3 üzvu idarə heyətinin səlahiyyətlərinin dayandırılmasını istədilər.

Siz demək istəyirsiz ki, sizdən başqa heç kim demokratik seçilməyib?

Mən məəttəl qaldım ki, 20 yanvara aid olan verlişdə Rəhim Qazıyev dedi ki, “Ə.Elçibəyin otağına getdik, orada H. Əliyevin şəkli var idi”. R.Qazıyev guya bunu deməsəydi o verliş yaxşı alınmayacaqdı. Yəni bi nə nifrətdir, nə xasiyyətdir?

Sonra siz demisiz ki, “Xalq Cəbhəsinin dövru artıq qurtarıb,milli cəbhə yaradılmalıdır”.

Ayıbdır belə şeylər danışmaq.

Mən dövlət katibi olanda siz də nazir olanda o ermənilərlə çox oturub, durmusunuz. Tamamilə təbii olaraq.

Xalq Cəbhəsi qərarları İdarə heyətinin adından verilirdi.

Siz idarə heyətinə gəlmisiz?Mən heç xatırlamıram…Çox ayıb olsun, orda yüzlərlə adam olub.

Sənlə danışmağın faydası yoxdur. Öz canım üçün yalan danışırsan. Mənim sənə yazığım gəlir.”

Rəhim Qazıyev : “Pənah bəy deyib ki, “Rəhim qocalıb, bəzi şeyləri yaxşı xatırlamır” , orda səhv edib, yaddaşım yerindədi,hər şeyi xatırlayıram.

Mən demokratik yolla seçilmişəm.

Sən əsəblə danışma, mən sənin uşağın deyiləm. Siz məni görən gündən bu günə kimi ünvanıma böhranlar yağdırırsınız. Siz danışın görək 1990-cı ildə gedib fransada ermənilərlə görüşüb, nə sifariş vermisiniz. Niyə ayıb olur? Düzü deyəndə ayıb olur?  Mən ermənilərlə ancaq sənlə oturub, durmuşam. Siz mənim ünvanıma böhtan yağdırmaqdan həzz alırsınız.

Mən həqiqətən Ə.Elçibəyin evində Atatürkün və H. Əliyevin şəklini görmüşdüm. Sizin o dövrdə hamınızın H. Əliyevlə əlaqəniz olub, ancaq gizlətmisiniz. Niyə?

O da 20 yanvara gedən yoldur, ona görə demişəm. Siz H.Əliyevi o vaxt belə dahi görürdünüzsə onda elə onu qoyub ortalığa ətrafında birləşərdiniz. H.Əliyevin şəklini başının üstündə saxlayan Elçibəy niyə o vaxt demədi ki, ay insanlar bu işin öhdəsindən gələcək yeganə insan H.Əliyevdir. Sizin bütün məqsədiniz ara qatışdırıb, özünüzü idioloq göstərməkdir

O vaxt milli Müdafiə Şurası bizə mitinqlərdə dəstək verməli idi. A.Mütəllibov heç vaxt Milli Müdafiə Şurasının sədri olmayıb. Bu absurddur

Atışma başlayan zaman mən gəldim Xalq Cəbhəsinin idarə heyətinə gördüm ki, lələ köçüb yurdu qalıb. Ağzını burnunu əymə, orda heç kim olmayıb. Sənə yazığım gəlir ki, özünü meydanda saxlamaq üçün bilmirsən neyniyəsən,yeganə partiyasan ki, özün təksən…Ömrü boyu birləşmənin qabağında dayanmısan!”.

 

 

 

Mövzuyla əlaqəli məqalələr