Verilişlər

"Bu referendum xarizmatik bir liderin təkbaşına ölkəni idarə etməsi üçün ortalığa atılmış bir layihədir"-Elman Fəttah

Hər həftə kanal13 ekranlarında yayımlanan “Sizin Tribuna” verlişində bu dəfə “Türkiyədə aprelin 16-da keçiriləcək referendum” müzakirə edilib. Müzakirə Müsavat partiyasının başqan müavini Elman Fəttah və “OMAB”-ın rəhbəri Vüqar Ziferoğlu tərəfləri arasında aparılıb.

Hər həftə kanal13 ekranlarında yayımlanan “Sizin Tribuna” verlişində bu dəfə “Türkiyədə aprelin 16-da keçiriləcək referendum” müzakirə edilib. Müzakirə Müsavat partiyasının başqan müavini Elman Fəttah və “OMAB”-ın rəhbəri Vüqar Ziferoğlu tərəfləri arasında aparılıb.

Elman Fəttah : “ Düşünürəm ki, bu referenduma ehtiyac yoxdur, bu xarizmatik bir liderin daha çox səlahiyyət əldə etməsinə,ölkənin idarə edilməsində təkbaşına söz sahibi olması üçün ortaya atılmış bir layihədir.

Əslində Türkiyədə sonuncu darbe cəhdi bəlkə də avtorizmə qarşı narazıçılıqla törədilmişdi çünki burda hərbiçilərin də iştirakı var. Təbii ki, bu hərbiçilər “Feto”-ya bağlı hərbiçilər idi.

Türkiyənin çıxarılarını qorumaq adı ilə Türkiyədə təkbaşına hakimiyyət qurma layihəsini həyata keçirməyi sırf Türkiyə maraqları ilə əlaqələndirmək doğru deyil.

Artıq baş nazir olmayacaq Türkiyədə…Bütün prosesləri prezident özü həyata keçirəcək”.

Vüqar Zifəroğlu : “ Türkiyənin hazırkı durumu bu referendumun keçirilməsini zəruri edir. İyul ayında olan çevriliş zamanı biz Türkiyədə baş verən oyunların şahidi olduq.

Bəli belə bir məqam qeyd edirlər ki, bu əslində AKP iqtidarının mövqeyinin gücləndirilməsinə də xidmət edəcək. Bu doöurdan da belədir.

Əgər iyulda hərbiçilər çevriliş etmək istəsəydilər edərdilər. Çünki Atatürkün hərbiçiləri zəif deyil. Bu “Fetoçu”-ların etdiyi təxribat idi. Bu çevrilişin qarşısını alan hərbiçilər idi.

Düşünürəm ki, aktiv siyasi xətt yürütmək üçün, bölgədə baş verən proseslərə ayaq uydurmaq üçün , daxildəki münaqişələrin qarşısını almaq üçün bu seçkilərə getmək lazımdır. Necə olmasından asılı olmayaraq, bu Türkiyəmiz üçün uğurlu olsun!”

 

 

Mövzuyla əlaqəli məqalələr