Verilişlər

"Keçən ildən bəri 4 minə yaxın bank işçisi işsiz qalıb, bu ixtisarlar bu ildə davam edəcək"-Natiq Cəfərli

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Günün Sonu” verlişində bu həftə “Azərbaycan banklarının son durumu” müzakirə edilib. Müzakirə iqtisadçı ekspert Natiq Cəfərli ilə aparılıb.

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Günün Sonu” verlişində bu həftə “Azərbaycan banklarının son durumu” müzakirə edilib. Müzakirə iqtisadçı ekspert Natiq Cəfərli ilə aparılıb.

Natiq Cəfərli : “ Azərbaycan Banklarında artıq 2 ildir ki, problemlər artıb. Banlar ancaq dollar alqı-satqısı ilə gəlir qazanır. Verilən kreditlərin qaytarılmasında da çətinliklər var. Həm də faizlər yüksək olduğu üçün kredit sahəsində zəiflik var. Yəni heç bir iş adamı 25 %-lik kredit götürmək istəmir.

Keçən il bir neçə bankların bağlanmasını gördük biz. Ancaq bu il yeni başladığı üçün bankların ya bağlanması ya da birləşdirilməsi reallaşacaq.

Keçən ildən bəri 4 minə yaxın bank işçisi işsiz qalıb, bu ildə davam edəcək.

İqtisadiyyatda olan problemlər də bu sahəyə təsir göstərir. Həmçinin banklarda olan problemlər də iqtisadiyyata təsir göstərir.

Valyuta dəyişmə məntəqlərinin bağlanması həm qara bazarın yaranmasına həm də yerli və xarici vətəndaşlar üçün problemlər yaratdı.

Ona görə də Mərkəzi Bank nə qədər gec deyil valyuta dəyişmə məntəqələrinin yenidən açılmasını təmin etməlidir.

Bizim Bank sektorlarına aid dəfələrlə təkliflərimiz olub. Mərkəzi Bank dəfələrlə bildirib ki, bizdə üzən məzənnə prinsipidir. Ancaq biz hamımız bilirik ki, bu belə deyil.

Azərbaycanda kifayət qədər sağlam banklar yoxdur və onların yaranmasına ehtiyac var. Banklarda milyardlarla dollarlar mənimsənilib. Azərbaycanda bank sektorunda köklü dəyişikliklərin olması vacıbdır. Belə görünür ki, Azərbaycan hakimiyyəti bank sektorunda yaranmış problemlərin dərinliyini ya anlamır ya da həll etməkdən çəkinir.

Daşınmaz Əmlak bazarına gəldikdə Azərbaycanda kifayət qədər şişmiş qiymətlər var idi, ancaq indi getdikcə aşağı düşür və qiymətlər bundan da aşağıya düşəcək.

Azərbaycan vətəndaşları bu baxımdan çevikdirlər çünki, son dövrdə vətəndaşlarımız Gürcüstan Və Türkiyədə daşınmaz əmlaka yatırım qoymaq üzrə ilk 5-likdə yer alırlar.

Məzənnənin oynağlığını nəzərə alaraq , iqtisadi problemləri nəzərə alaraq Azərbaycanda heç kim yatırım qoymaq istəmir”.

 

 

Mövzuyla əlaqəli məqalələr