Verilişlər

"Səlim Müslümov villasına lift qoydurdu,soruşan yoxdur ki, ay qardaş 1700 manatla sən bunları necə edə bilirsən?"-Hafiz Hacıyev

Hər həftə Kanal13 ekranlarında yayımlanan “Sizin Tribuna” verlişində bu dəfə Hafiz Hacıyev və Sərdar Cəlaloğlu ilə bir neçə mövzuda müzakirələr baş tutub.

Hər həftə Kanal13 ekranlarında yayımlanan “Sizin Tribuna” verlişində bu dəfə Hafiz Hacıyev və Sərdar Cəlaloğlu ilə bir neçə mövzuda müzakirələr baş tutub.

Hafiz Hacıyev : “Mərkəzi Seçki Komissiyası bizə pul vermiyib ki,bizdən pul tələb edələr. Çox təəssüf ki, Mərkəzi Seçki Komissiyası Parlamentdən o hesabatı tələb etmirlər. Onlardı ordan burden çapıb talayanlar. Bəziləri deyir ki,biz cangüdənlər gəzdiririk,maşınlar alırıq. Biz kirayədə qalan adamlarıq,maşın da kreditdir.

Seçki Komissiyası getsin yalandan qayırdıqları deputatlardan hesabat istəsin. Bunlar nə qədər həyasızlaşıblar ki, Vergilər Nazirliyi durub bizi verib məhkəməyə,200-300 manat cərimə edib bizi. Niyə? Fazil Məmmədovun saxladığı arvadların pulunu mənmi verməliyəm?Belə biabırçılıqmı olar?

Vallah Siyavuş Novruzov yəqin parlamentdə təmsil olunan partiya sədrlərini nəzərdə tutur.

Vergilər Nazirliyi o qədər başını itirib ki, heç özü bilmir nə iş görür. Elə onun özünün yaşadığı 9-cu mikrarayondakı binanı satsalar təqaüdçülərin 3 aydır verə bilmədikləri pullarını verərlər.

Mənə hər gün zəng vururlar cəriməni ödəməsiniz belə olacaq filan…Mən də deyirəm ki, ay xanım, mən acından günorta dururam siz məndən nə istəyirsiz?

Səlim Müslümov villasının liftini qoydu. Ay qardaş, sən 1700 manat maaş alırsan bunu necə edirsən?

Ölkə başçısının bunlardan xəbəri yoxdur.

Mən bir müsahibə verdim dedim ki, bizim də arvadımız erməni olsaydı biz də çoxdan vəzifədə idik. Bu çox ciddi məsələdir.

Necə olur ki bizim vətəndaşlarımız olan Şahbaz və Dilqəm əzizlərinin qəbrini ziyarət etmək istəyəndə onları tutub olmazın işgəncələrini verdilər ancaq bizim hörmətli Polad müəllim bir ermənini burda möhtəşəm şəkildə qarşılatdırır,hətta anasının və atasının qəbrinin üzərinə güllər qoydurur ki, erməni gələndə onun xoşuna gəlsin.

Bu gün Ziya Məmmədovun Türkiyədə 250 evi var, elə onların birini kirayə versə görün neçə milyon pul qazana bilir.

Eşşək və at ətini satdıran kimdir? Ziya Məmmədovun qudası Heydər Rəsulov”.

Sərdar Cəlaloğlu : “ Azərbaycanda qanunların işləməməsinin səbəbi Parlamentdə oturan insanların xalqın iradəsiylə seçilməməsi,xalqın maraqlarını təmsil etməməsi və müxtəlif siyasi sifarişlərin verilməsiylə bağlıdır.

Əgər dövlət siyası partiyaları maliyyələşdirmirsə bu zaman siyası partiyalardan hesabat tələb etməsi də düzgün deyil.

Qaldı ki, biz niyə hesabat vermirik,çünki bizim o qədər maliyyəmiz yoxdur ki, hesabat verək.

Yaxşı olar ki, Mərkəzi Seçki Komissiyasının özü seçki xərcləri ilə bağlı xalqa hesabat versin. Sən özün dövlətdən aldığın milyonların hara xərcləndiyi ilə bağlı hesabat vermirsən , gəlib heç bir maliyyə resursu olmayan siyası təşkilatlardan maliyyə hesabatı tələb edirsən.

Hesabatı verməyəndə belə heç bir cəza verə bilməzlər.

Bir partiya sədri durub deyir ki, “başqa partiya sədri hesabat verməsə biz ölçü götürəcəyik”. Sən kimsən? Necə götürə bilərsən? Kim sənə bu ixtiyarı verir?

Azərbaycanda siyası partiyaların fəaliyyəti düşünülmüş şəkildə məhdudlaşdırılıb.

Baxın Azərbaycan bütovlüyü uğrunda, Dağlıq Qarabağ uğrunda döyüşçü olan bir nəfər belə hakimiyyətdə yoxdur.

Şuşa rayon İcra Hakimiyyəti villa alıb, soruşurlar ki, necə almısan? Deyir ki, “Nə olsun? hamı alır,mən ala bilmirəm?”

Get öz villalarının hesabatını ver,sonra gəlib məndən hesabat istəyərsən!”

 

Mövzuyla əlaqəli məqalələr