Verilişlər

"Azərbaycan məmuru şəhid və qazilərin qan pulunu mənimsəyir" - “Qarabağ Qaziləri İB” sədri Etimad Əsədov

Kanal13 ekranlarında yayımlanan “Olduğu Kimi” verlişində bu dəfə “Aprel döyüşləri” müzakirə edilib. Müzakirə “Qarabağ Qaziləri İB” sədri Etimad Əsədovla aparılıb.

Etimad Əsədov : “ Biz düşmənə göstərdik ki,torpaqlarımız uğrunda gedən döyüşlərə hazırıq.

Hələ birinci Qarabağ savaşında şəhid olan insanların və qazi və əlillərimizin qan pulu verilməyib. Bu bizim yaralı yerimizdir. Bu problemi həll tməyə çalışırıq. Məhkəmələrə veririk ancaq təəssüflər olsun ki, vəsait verilmir.

Məmurlar bu insanlarla soyuq rəftar edir. Bu vətəndaşların sosial problemləri həll olunmur,süründürməçiliyə məruz qalırlar,hara müraciət edirlərsə onları aşağılayırlar. Bu da məmurların özbaşınalığından irəli gəlir.

Ermənistanda belə şəhid olanlara yaxud da əlillərə yardım edildiyi halda Azərbaycan isə Ermənistandan qat-qat inkişaf etdiyi halda hələ ki, qan pullarını ala bilmirlər.

Məncə Ermənistan birbaşa Azərbaycana deyə bilməzdi ki,atəşi dayandırın. Ona görə də onun xahişi ilə Rusiya və Fransa bu müharibəni dayandırdı.

BMT-nin 4 qətnaməsi var ki,Ermənistan Azərbaycan torpaqlarını boşaltsın və deyirlər ki,bunu ancaq sülh yolu ilə ala bilərsiniz.Ancaq xristian dövlətləri buna mane olur.

Aprel döyüşləri 22 ildən çox davam edən zaman kəsiyində ermənistan ordusunu sındırdı və Azərbaycan ordusunun gücünü göstərdi.

Ancaq təəssüflər olsun ki, şəhid ailələrinə yaxşı baxılmır,nəzərə alsaq ki,şəhid ailələrinə 220 manat verilir…Bu çox aşağılayıcı bir təqaüddür.

Son zamanlar neftin qiyməti düşdü amma nəzərə alsaq ki,Azərbaycanda məmur özbaşınalığı,rüşvətxorluq var,idarə rəhbərləri,nazirlər milyonlar içində üzür amma şəhid ailələri komada yaşayır. Bu çox utancverici bir haldır. Utanmaz-utanmaz Hadi Rəcəbli çıxıb deyir ki, “vəsait yoxdur,imkan olan kimi verəcəyik” .Bunu deməklə öz işini bitirmiş hesab edir. Bununla guya insanları sakitləşdirilər. Bu göstərir ki, Azərbaycan məmurları harınlayıb,bu dəhşət və vəhşətdir! Mənim yaralarım o vaxt sağalar ki,şəhidlərin ruhu o vaxt şad olar ki,torpaqlarımız geri qayitsin!”

Mövzuyla əlaqəli məqalələr