Verilişlər

"Milli Şura Azadlıq Meydanında 200-300 min nəfərlik mitinqlərə hazırlaşır" - Namizəd Səfərov

Hər həftə Kanal 13 ekranlarında yayımlanan “Günün Sonu” verlişində bu dəfə hüquqşünas Namizəd Səfərovla “Milli Şuranın mitinqlərə hazırlaşması” müzakirə edilib.

Namizəd Səfərov : “Milli Şura aprelin 9-u Azadlıq Meydanında etiraz mitinqi keçirmək qərarına gəlib. Bu bizim qərarımız deyil,xaqlın qərarıdır. Mən inanıram ki,əhali bu mitinqlərdə iştirak edəcək. Hakimiyyət cəmiyyətə olduqca etinasız yanaşır,cəmiyyət tərəfdən ünvanlanan sualların heç birinə cavab verilmir. Ona görə də belə vəziyyətdə bu mitinqin keçirilməsi ən doğru addımdır. Biz bu mitinqdə hakimiyyətin atdığı addımlara reaksiya bildirəcəyik. Yaxşı olardı ki,bu mitinqdə hakimiyyət nümayəndələri də iştirak edib,cəmiyyətin suallarını cavablandırardı.

Kimlərəsə dəvətnamə göndərməyə ehtiyac yoxdur,kim səsinin eşidilməsini istəyirsə bu mitinqdə iştirak edə bilər.

İnsanların öz sözünü demək üçün mitinq bir vasitədir. Bundan öncə keçirtdiyimiz mitinqlərdə hakimiyyət təşvişə düşdü.

Sosial şəbəkələrdə etirazlarını bildirirlər bu ayrı ancaq böyük mitinq daha yaxşıdır və birbaşa fikrinizi çatdırmaq üçün əlverişli üsuldur.

Artıq 25 ildir ki, hakimiyyət rahat,sərbəst şəkildə mitinqlər keçirməyə qadağa qoyub. Mitinq keçiriləndə isə mitinq iştirakçılarını həbs edirlər yaxud da onlara qarşı zorakılıq edirlər. Ona görə məcburuq ki, mitinq keçirmək üçün rəsmi icazə alaq.

Hələlik heç bir təzyiq olunmayıb,mintinq keçirilmə qərarı dünən qəbul olundu.

Mən inanıram ki,əhalinin müxtəlif təbəqələri bu mitinqdə iştirak edəcəklər.

Əgər mitinqimiz alınarsa biz mitinqin sonunda növbəti mitinq haqqında da məlumat verəcəyik.

Mitiqnlərdə fəail iştirak edin və öz etirazlarınızı rahat şəkildə bildirin!”.

Mövzuyla əlaqəli məqalələr