Verilişlər

"Bakıda fəaliyyət göstərən rəqqas, çalğıçı və müğənnilər ayda 60 azn sabit vergi ödəyəcək" - Sizin Tribuna

"Ölkədə olan iqisadi dəyişikliklər və devolvasiya yeni qanun dəyişikliyini məntiqi edirdi"

"Neftdən gələn gəlir daha yoxdur, büdcəyə pul hardan gələcək? Vergidən ya gömrükdən?"- Sizin Tribuna - #Sizin Tribuna verilişi Cavid Cabbarlının təqdimatında

Qonaqlar: Radil Fətullayev, İqtisadi Resursların Araşdırılması ictimai birliyinin sədr müavini: "Ölkədə olan iqisadi dəyişikliklər və devolvasiya yeni qanun dəyişikliyini məntiqi edirdi. 2017 ci ildən başlayaraq sadələşdirilmiş vergi ödəyiciləri həm də əmlak vergisi ödəyiciləri olacaqlar. Belə ki, sadələşdirilmiş vergi ödəyiciləri öz sərəncamlarında olan əmlak, torpaq və avadanlıqların dəyərinin 1 faizi miqdarında vergi ödəməlidirlər. Və bəzi sadələşdirilmiş vergi ödəyiciləri eləcə də, aparıcılar, toylarda aşıqlar, çalğıçılar, rəqqaslar, fərdi foto, audio-video çəkən xidmət sahələri, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət əşyaları ustaları, fərdi sürücülər aylıq sabit sadələşdirilmiş vergi tətbiq ediləcək. Apacılar, rəqqasalr, çalğıçılar, mügənnilər Bakı şəhərində fəaliyyət göstərirlərsə 60 manat aylıq sabit vergi verəcəklər və bu artıq gəlirdən asılı vergi deyil. Vətəndaşlar 2017 ci ildən başlayaraq internetlə xaricdən hər hansı bir mal alırsınızsa 18 % əlavə dəyər vergisi ödəməli olacaqlar. Ölkə vətəndaşı xaricdə olan hər hansı şəxsin elektron hesabına pul köçürərsə 10 faiz əlavə olaraq vergi ödəməli olacaq. Bu vergi dəyişiklikləri çox mühümdür və nağdsız hesablaşmaların həcmi artmalıdır və hər kəs vergisini ödəməlidir".

Qalib Toğrul (Bayramov), İqtisadi Tədqiqatlar Mərkəzinin sədri: "Vergilər Nazirliyi Vergi Məcəlləsinə yeni dəyişikliklər edib və bununla bağlı Vergi Ödəyiclərinə Xidmət Mərkəzinə müraciət etmək olar. 195 nömrəli telefon da ödəyicilərin xidmətindədir. Vergi Məcəlləsinə yeni anlayışlar gətirilib. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən başqa digər vergiləri ödmərdilər. İndi isə konkret olaraq kimlərə kənd təsərrüfatı məhsulları istehsalçıları deyilir bu müəyyənləşdirilib. Sadələşdirilmiş vergi ödəyiciləri əməliyyatları nəğdləşdirdikləri zaman əlavə olaraq 1 faiz vergi ödəməlidirlər. Neftdən gələn gəlirlər artıq yoxdur, büdcəyə pul hardan gəlməlidir? - vergidən? - gömrükdən? Bu tədbirlər vergitutma bazasının genişlənməsinə xidmət edir."

Mövzuyla əlaqəli məqalələr