Verilişlər

"Ermənilərlə "xalq diplomatiyası" adı altında danışıqlar aparılmasının nəyi qəbahətdir ki?"- Rauf Zeyni

Kanal 13 ekranlarında yayımlanan “Günün sonu” verlişinin bu həftəki qonağı Milli Qeyri-hökümət təşkilatları formunun prezidenti Rauf Zeyni olub.

Rauf Zeyni: “ Öncəliklə hər birinizin bayramlarını təbrik edirəm. 2016-cı il ölkəmiz üçün şərəfli və zəngin bir il oldu. Ali Baş Komandan İlham Əliyev bir əmriylə “Aprel döyüşləri”-ndə ordumuzun düşmənə layiqli cavab verməsini təmin etdi.

25 il ərzində Ermənistan BMT-nin qətnamələrini yerinə yetirmədi.

Düşmən tərəfi elə düşünürdü ki, 25 il ərzində biz torpaqlarımızı unudacağıq ancaq “ Aprel döyüşləri” göstərdi ki, biz öz torpaqlarımızı heç vaxt unutmamışıq və unutmayacağıq.

2016-cı il bizim formumuz üçün çox uğurlu il oldu. Bizim yeni komandamız formalaşır və biz artıq gələn ildən yeni komanda ilə bütövlükdə vətəndaş cəmiyyətinin inkişafını təmin etmək üçün öz töhfələrimizi verəcəyik.

Dünyada artıq bir neçə ildir ki, iqtisadı böhrandır. Məhz bu böhranın nəticəsi bizim də ölkəmizə təsirsiz ötüşmədi. Buna görə də ölkədə devalvasiya oldu və əhalinin güzəranı pisləşdi. Ancaq bir çox ölkələrlə müqayisə etsək görərik ki, bizim ölkədə böhranın ən az təsiri hiss olunur. Ancaq təbii ki, ölkəni böhrandan çıxarmaq üçün dövlət əlindən gələni edir. Biz gözləməməliyik ki,böhran baş versin,böhran baş vermədən onun qarşısını almalıyıq.

2017-ci il bizim üçün yüngül il olmayacaq. Buna görə də biz bütün baş verə biləcək hadisələrə hazır olmalıyıq. Biz hansı yolla olur olsun öz sabitliyimizi qoruyub, saxlamalıyıq.

2017-ci ildə IV “İslam Oyunları” ,Formula 1 ölkədə keçiriləcək. Bunlar bizim üçün dünyaya çıxış deməkdir.

Mənim o imkanım yoxdur ki, yeni ili xaricdə keçirim. Ona görə də bayramı öz ailəmin çevrəsində keçirməyə üstünlük verirəm!”.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

"İfadə azadlığı əsas hüquqlardan biridir, amma mütləq hüquq deyil" -Müşfiq Ələsgərli

Veriliş Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində Orucov Əziz Qaraş oğlu tərəfindən reallaşdırılan "Hüquq işığında: sosial media vasitəsilə maarifləndirmə və vəkillik proqramı" adlı xidmət çərçivəsində hazırlanıb.

Tarix:

"Vətəndaşın mülkiyyət hüququna müdaxilə etmək olmaz" - Ramil Rüstəmov

Veriliş Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində Orucov Əziz Qaraş oğlu tərəfindən reallaşdırılan "Hüquq işığında: sosial media vasitəsilə maarifləndirmə və vəkillik proqramı" adlı xidmət çərçivəsində hazırlanıb