Verilişlər

"Azərbaycanda baş verən bütün cinayətlər, sosial böhran Prezidentə bağlanılır"- S.Cəlaloğlu VS M.Əhmədoğlu

Kanal13 ekranlarında yayımlanan “Sizin Tribuna” verlişində bu dəfə Azərbaycan müxalifətinin mövcud durumu və ictimai-siyası vəziyyət müzakirə olunub. Müzakirə Azərbaycan Demokratlar Partiyasının sədri Sərdar Cəlaloğlu və Siyasi-İnnovasiya və Texnologiya mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu tərəfləri arasında baş tutub.

Sərdar Cəlaloğlu : “ Ölkədəki böhranın 3 mühüm səbəbi var. Birincisi qlobal iqtisadi böhrandır. İkincisi Azərbaycan iqtidarının yanlış neft siyasətidir. Azərbaycan manatı böyük sürətlə ölür, dolların kursu qalxır bu isə dövlət büdcəsinə gələn gəlirlərə təsir edəcək. Hökümət isə çıxış yolu kimi iki yol tutur. Birincisi dövlət büdcəsinin ağırlığını vətəndaşların üzərinə salmaq, cərimələr artırılır, vergilər artırılır, kommunal xərclər artırılır. Əslində isə bütün dünyada böhran başlayarkən bütün bu sadaladıqlarımızın qiyməti aşağı düşür çünki, onsuzda xalq böhran başladığı zaman çətin vəziyyətdə olur, lakin bizdə bu fərqli oldu. Beləliklə xalq ikiqat bu məhrumiyyətlərə düçar olur. Üçüncüsü isə Azərbaycanda müstəqillik əldə olunandan sonra korrupsiya ilə kriminal hakimiyyətin olmasıdır.

Biz bundan əvvəl böhran yaşamırdıq ona görə ki, ilk olaraq bizə Rusiyadan pul gəlirdi, indi isə Rusiya özü də böhran yaşayır deyə artıq pul gəlmir. Habelə Avropadan yarım milyona yaxın pul gəlirdi , Avropa da böhrana düşüb deyə yardım kəsilib. Ölkədə olan kriminal korrupsiyoner idarəetmə ki, var bu demək olar ki, dövlətin bütün resuslarını havaya sovurdu.

Mübariz Əhmədoğlu : “ Həqiqətən 2016-cı il ölkəmiz üçün ağır il oldu. Eləcə də razıyam ki, ölkənin böhranına qlobal böhran həmçinin idarəetmədə diqqətdən kənar qalmış bəzi məsələlər səbəbdir. Lakin kriminal korrupsiya termini ilə qətiyyən razı deyiləm, bu termin yerində işlənməyən bi termindir.

Sərdar Cəlaloğlu : “ Niyə? Milli Təhlükəsizlik və Rabitə Nazirliyində baş verənlər nə idi bəs?

Mübariz Əhmədoğlu : “ Təkcə Azərbaycan böhranla üzləşməyib, bütün dünya böhrandadır. Bu qlobal böhranın çıxış yolu tapılmalıdır. Hər şeyi məmurların üstünə yıxmaq da yanlış addımdır. Məmurların və

övladlarının davranışında qlobal amillər dayanır. Yəni, başqa varlılara baxırlar və həvəsə gəlirlər ki, niyə bu cah-cəlaldan bizdə olmasın?

Düz 3 ay bundan öncəyə qədər böhranın qarşısını almaq üçün prezident başqa olmaqla hər kəs çalışıb, vuruşurdu. Beynəlxalaq Maliyyə qurumları da Azərbaycan prezidentinin işlərini müsbət dəyərləndiriblər.

Sərdar Cəlaloğlu : “ Necə olur ki, ölkədə yaxşı işlər görüləndə bu olur iqtidarın fəailiyyəti ancaq ölkədə böhran olanda bu olur qlobal faktor?

Mübariz Əhmədoğlu : “ Prezidentin çıxışlarına fikir versək görərik ki, Azərbaycanda baş verən proseslərin hamısının ən böyük tənqidçisi şəxsən prezident özüdür.

Sərdar Cəlaloğlu : “ Azərbaycanda ekspertlər ölkədə baş verən bütün cinayətləri, sosial böhranı gətirib prezidentlə bağlayırlar. Bu zaman belə sual çıxır ortalığa. Əgər bütün bu problemləri prezident düşünürsə bu Nazirlər Kabineti , parlament və digər dövlət strukturları nəyə lazımdır? Bu vaxta kimi Rabitə və Milli Təhlükəsizlik Nazirliklərində korrupsiya aşkarlanıb. Bu dəqiqə gedib, bütün nazirlikləri yoxlasalar hansında korrupsiya faktı ortaya çıxmayacaq ki?

Azərbaycan iqtidarının düşdüyü sosial-iqtisadi vəziyyət səhv diaqnoz qoyulduğuna görə heç bir islahat və heç bir investisiya ölkəni bu vəziyyətdən çıxarda bilməyəcək.

Prezidentin sərəncamları icra olunmur. Nazirliklərin fəailiyyəti üçün milyardlarla pul ayrılır ancaq dövlət büdcəsinə 1 manat belə xeyir gəlmir.

Mübariz Əhmədoğlu : “ Bu məsələləri müzakirə edə-edə problemin çıxış yolunu tapa bilərik.

Azərbaycanı Ermənistan və Gürcsütanla müqayisə belə etmək istəmirəm. Çünki Azərbaycan onlardan qat-qat yüksəkdə dayanır.

Sərdar Cəlaloğlu : “ Xeyr! Ermənistanda adam başına düşən məhsul sayı və əmək haqqı Azərbaycandan qat-qat çoxdur.

Mübariz Əhmədoğlu : “ Siz bu statisktikanı haradan götürmüsüz?

Sərdar Cəlaloğlu : “ Mən bunu rəsmi statistikadan həmçinin Beynəlxalq statistikadan götürmüşəm. Sən hardan götürmüsən?

Mübariz Əhmədoğlu : “ Ermənistanda statistika düzgün verilmir.

Sərdar Cəlaloğlu : “ Sən xəstəni gizlədirsən, imkan vermirsən onu müalicə edələr. Biz müxalifət kimi narahatıq ki, Azərbaycanda nəzarət olmayan xaotik hərəkətlər başlaya bilər, dövlət çökər.

Çox gözəl “ Yol xəritəsi” hazırlanıb, ancaq bunu kim həyata keçirəcək? Bu cinayətkarlar?

Biz prezidenti də məmurları da ayıltmalıyıq ki, bu təhlükənin qarşısını alaq.

Mübariz Əhmədoğlu : “ Azərbaycan müxalifətinin əsas məqsədi iqtidarı ayıltmaqla onlara dəstək olmaqdırsa bu çox əla fikirdir.

Düşünürəm ki, “ Yol xəritəsi” neqativ inkişafı dayandıracaq!”.

Sərdar Cəlaloğlu : “ Azərbaycanda gələn il vəziyyət olduqca ağır olacaq, həddən artıq kasıbçılıq artacaq!”.

Mövzuyla əlaqəli məqalələr