Verilişlər

"Azərbaycan xarici ticarətdə dollardan imtina edəcək?!" - "Onun baxış bucağı"nda təfəüratlar müzakirə olundu

Kanal 13 ekranlarında yayımlanan “Onun baxış bucağı” verlişinin bu dəfəki qonağı politoloq Elxan Mehdiyev oldu. Onunla Azərbaycanda və qonşu ölkələrdə gedən siyasi proseslər müzakirə olunub.

Elxan Mehdiyev : “ Rusiya səfirinin öldürülməsinin səbəblərini deyə bilmərəm ancaq hər kəs səbəb kimi Suriyanı görür. Ərdoğan höküməti Suriyada Bəşər Əsədi devirmək üçün yaşıl işıq yandırdı. Buna görə də Türkiyədə terrorlar səngimək bilmir.

Hazırda Türkiyə Suriyada Bəşər Əsədin hakimiyyətdə qalması üçün Rusiya ilə razılaşdı və bunun da nəticəsidir ki, Hələb də Suriyanın əlinə keçdi. Rusiya , Türkiyə və İran Suriya mövzusunda əsas söz sahibliyinə malik ölkələrdir. Düşünürəm ki, onlar da bu məsələdə razılaşıblar. Fikirləşirəm ki, əgər bu ölkələrin səyləri birgə davam edərsə Suriyada sabitliyə nail olmaq olar.

Səfirin öldürülməsindən sonra Türkiyə Rusiya qarşısında daha da zəifləyəcək və Türkiyə çalışacaq ki, Rusiyanın qoyduğu tələbləri qarşılasın. Çünki, Rusiya səfirinin öldürülməsi Türkiyə üçün böyük məsuliyyət deməkdir.

Düşünmürəm ki, bu işin arxasında Amerika dayanıb. Bunlar yalan söhbətlərdir.

Avropada baş verən terrorlardan sonra müsəlmanlara olan münasibət tamamilə dəyişib. Artıq Avropa müsəlmanlara şübhəli yanaşır.

Azərbaycan onsuzda terrora məruz qalmış ölkədir, Ermənistan tərəfdən torpaqları işğal olunub. Azərbaycan hansısa ölkədə hərbi əməliyyatlar aparmır. Buna görə də Azərbaycanla Türkiyənin vəziyyəti fərqlidir.

İran Azərbaycanla İsrail arasında olan əməkdaşlıqdan heç də şad deyil. Çünki İran İsraillə düşmən münasibətdədir. Ancaq İran bunu da bilir ki, Azərbaycanla İsrail arasında əməkdaşlıq İrana qarşı yönəlməmişdir.

Ermənistanla Türkiyə arasında olan qanunsuz ticarət İranla Ermənistan arasında olan ticarətdən daha çoxdur.

Düşünmürəm ki, Azərbaycanla İran arasında əlaqələr pisləşib yaxud da pisləşəcək. Azərbaycan İran münasibətləri normal istiqamətdədir.

Azərbaycan hazırda müasir silahlanmış bir ölkədir. Aprel döyüşlərində əgər Azərbaycan ordusuna rəhbərlik izn versəydi 3-4 gün ərzində işğal altında olan rayonların ən azı yarısını geri qaytara bilərdik”.

 

Mövzuyla əlaqəli məqalələr

Tarix:

"İfadə azadlığı əsas hüquqlardan biridir, amma mütləq hüquq deyil" -Müşfiq Ələsgərli

Veriliş Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində Orucov Əziz Qaraş oğlu tərəfindən reallaşdırılan "Hüquq işığında: sosial media vasitəsilə maarifləndirmə və vəkillik proqramı" adlı xidmət çərçivəsində hazırlanıb.

Tarix:

"Vətəndaşın mülkiyyət hüququna müdaxilə etmək olmaz" - Ramil Rüstəmov

Veriliş Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində Orucov Əziz Qaraş oğlu tərəfindən reallaşdırılan "Hüquq işığında: sosial media vasitəsilə maarifləndirmə və vəkillik proqramı" adlı xidmət çərçivəsində hazırlanıb