Verilişlər

"İş yox, pul yox, bizimlə maraqlanan yoxdur, acından ölürük"- Xırdalanlıllar həyəcan təbili çaldılar

Lamiye Çerpanova ilə Yad Xəbər verilişinin bu dəfə ki, buraxılışında da səsinin eşidilməsinə ehtiyacı olan problemli vətəndaşların Kanal13-ə müraciətləri əsasında hazırladığımız süjetləri baxacaqsınız.

Yəqin ki, atanın öz övladının xəstəliyi qarşısında çarəsiz qalmasından dəhşətli heç nə yoxdur. Kanal13-ə müraciət edən Naxçıvan MR sakini Alməmməd Məmmədovun ən böyük arzusu tələbə qızı Çicəyi ağ xalatlı həkim kimi görmək olub. İki ay əvvəl xəbər qızının xərçəng xəstəliyinə tutulduğunu öyrənən atanın bütün dünyası qaralıb. İndi arzusu yalnız Çicəyin imkanlı şəxslərin köməyi ilə müalicəsinə lazım olan məbləğin köçürülməsi, xəstəlikdən xilas edilməsidir.
Əgər siz də səsinizin eşidilməsini istəyirsinizsə, bizə yazın və ya öz videolarınızı bizə göndərin. Sonda onu deyək ki, göndərilən videolara görə Kanal13 heç bir məsuliyyət daşımır və hər zaman qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Mövzuyla əlaqəli məqalələr